M.O.Sadıqov, N.B.Paşayeva

Akad. H.Ə.Əliyev ad. Coğrafiya institutu
[email protected]: [email protected]

Xülasə: Məqalədə respublikanın ərazisinin əlverişli coğrafi mövqeyində rəngarəng təbii şəraiti yaradan çoxsaylı iqlim ünsürlərinin və müxtəlif relyef quruluşunun olması, tarixən zəngin filiz və qeyri-filiz yataqlarının dünya ölkələri arasında özünəməxsus yer tutması, nadir və qiymətli yeraltı sərvətlərin zənginliyindən bəhs olunur. Bu səbəbdən ölkədə metallurgiya və kimya sənayesinin inkişafının çox istiqamətli olması və Qafqazda çoxfunksiyalı sənaye obyektlərinin yaranmasına səbəb olması qeyd edilir. Ölkə mineral və termal sularla zəngindir. Son məlumata əsasən respublika ərazisində 3000-ə yaxın mineral su bulaqları vardır. Orta əsrlərdən insan sağlamlığına yardım göstərən, dünyada məşhur olan müalicə əhəmiyyətli Naftalanı (neft qanşıqlı palçıq) qeyd etmək olar. Respublikamız dünya əhəmiyyətli civə, alunit, uran, mis, dəmir filizi və başqa sərvətləri ilə keçmiş sovet dönəmində Uraldan sonra 2-ci yeri tuturdu. Mendeleyev cədvəlində olan elementlərin 90%-inə Azərbaycan ərazisində rast gəlmək olar. Bu təbii resurs və ehtiyatların 90-95%-i Böyük və Kiçik Qafqazın Azərbaycana aid ərazilərində və Abşeron yarımadasının quru və dəniz sahəsində formalaşmışdır (2,3). Azərbaycanın “Qara qızılı" olan neft xammalı 178 ilə yaxındır ki, sənaye üsulu ilə çıxarılır. 1994-cü ildə ulu öndərimiz H.Əliyev tərəfindən dünyanın ən perspektivli və gəlirli proyekti “Əsrin müqaviləsi” imzalandı. Bu proyektin Azərbaycan iqtisadiyyatında səmərəliliyi daha        möhtəşəm xarakterə malikdir. 

Açar sözlər: resurs, təbii ehtiyat, yerin təki, iqtisadi səmərəlilik, geologiya, mineral bulaqlar, termal sular. 

Giriş. Azərbaycan çox əlverişli təbii şəraitə və zəngin təbii ehtiyatlara malik olan suveren bir ölkədir. Bu ölkənin ərazisi istər təbii coğrafi baxımdan, istərsə də geoloji inkişaf baxımından dünyanın qədim ərazilərindən olub istehsal sahələrinin inkişafı üçün zəngin təbii resusrslarla təmin olunmuşdur (5). Zirvəsi qarlı yüksək dağlan, məhsuldar torpaqlı dağətəyi zonaları, geniş sahəli düzənlikləri, okean səviyyəsindən aşağıda olan ovalıqlan respublikanın əsas relyef formalarıdır. Belə mürəkkəb relyef formaları təbii şəraitin iqlim ünsürlərinin və torpaq-bitki örtüyünün rəngarəngliyi ərazidə su ehtiyatlarının müxtəlifliyinə və çatışmazlığına gətirib çıxarmışdır. Bu isə öz növbəsində əhalinin və təsərrüfat sahələrinin ərazi üzrə qeyri bərabər yerləşməsinə, istehsalın müxtəlif növlər üzrə ixtisaslaşmasına səbəb olmuşdur.

Tədqiqatın şərhi. Azərbaycan müxtəlif növ təbii resurslarla zəngin olsa da hazırda onun ən aparıcı xammalını neft-qaz ehtiyatlan təşkil edir. Respublika ərazisinin 70%-i neft-qaz ehtiyatlanna malikdir. Xəzərin şelfı, Abşeron yarımadası, Qobustan, Cənub-Şərqi Şirvan neft-qazla daha zəngindir. Vaxtı ilə italyan səyyahı Marko Polo (XI1I-X1V əsrlər) Bakı neftinin Yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı neft quyulan, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənlərindən neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana daşınması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyulanndan birində aşkar edilmiş daş üzərindəki yazıda quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı neft yataqlarında olmuş, neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza daşınmasını məsləhət görmüşdür. 1803-cü ildə (1798) Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, sahildən 18, 30 m aralı iki neft quyusu qazdırmışdır. Neft Daşlan adlanan dünyada ilk neft platforması məhz Bakının 45 km-də dənizdə salınmışdır. Dənizdən neft çıxarmanın əsası 1948-ci ildə qoyulmuşdur. Hazırda şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. 1949-cu ildə Neft Daşlannda 1 JVbli quyu qazıldı və bununla da dənizdə neftçıxarmanm əsası qoyuldu.

Beləliklə, Azərbaycan neftinin şöhrəti dayanmadan inkişaf etdi və XX əsrin sonlarında (1994-cü ildə) ulu öndərimiz H.Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalandı. Dünyanın nəhəng neft-qaz şirkətləri ilə bağlanan bu müqavilə çərçivəsində bu gün Azərbaycan nefti Bakı-Tbilisi- Ceyhan marşrutu ilə Avropanın ən böyük ölkələrinə ixrac olunmağa başladı. Bu baxımdan ölkədə neft yataqlarının düzgün istismarı üçün yerin təkindən istifadə ilə bağlı elmi tədqiqat və təcrübə-konstruktor işləri əlaqələndirilməli və qeydiyyata alınması diqqətdə saxlanılmalıdır:

-Yer təkinin öyrənilməsində elmi-təcrübi əhəmiyyətə malik nümunələrin saxlanılması və qorunması qaydaları müəyyənləşdirilməlidir;

-Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsinin vacibliyi diqqətdə saxlanılmalıdır;

-Xüsusi razılıq ilə müəyyənləşdirilmiş şərtlərin yerinə yetirilməsi, yerin təkindən istifadə üçün ödənişlərin vaxtında və düzgün verilməsi təmin edilməlidir;

Beləliklə, yerin təkindən istifadənin digər hüquqi əsaslan və onlann xüsusi müddəalannın vacibliyi nəzərə alınmalıdır. Bu təbii ehtiyatlardan fərqli olaraq respublikanın qərb bölgələri, o cümlədən Qarabağ regionu təbii sərvətlərlə zəngindir, həmçinin kənd təsərrüfatına yararlı torpaqlar və su ehtiyatlan boldur. Bununla yanaşı filiz ehtiyatlan da üstünlük təşkil edir. Son 30 ildə düşmən işğal altında olan sərvətlərimizi talan etməklə məşğul olmuşdur. Qarabağın təbii resurslarından qeyri-qanuni istifadə etmişdir, hətta yeri gəldikcə bəzi xarici şirkətləri də bu işə cəlb etmişdir (9). Qarabağ regionunun Kəlbəcər, laçın, Zəngilan və Tərtər rayonlarında 160 müxtəlif qiymətli sərvət yataqlan - qızıl, gümüş, civə, dekorativ daşlar və s. vardır. Bu baxımdan Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən ehtiyatlan sırasına daxil edilən Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl yataqlannı, Mehmana polimetal və Dəmirli mis-porfir xammal ehtiyatlanm qeyd etmək olar.

Azərbaycanda qızılçıxarma sənayesinin yaradılması məqsədi ilə “Azərbaycan Respublikasının bir sıra qızıl yataqlannın kəşfiyyatı və işlənməsi barədə” 1996-1997-ci illərdə keçmiş “Azərqızıl” DŞ vəABŞ-ın “RV investment Group Services LLS” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü qızıl yataqlannın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Bu prosesdə Qarabağın Qızılbulaq və Vejnəli yataqlan erməni separatçılanmn işğalı altında olduğuna görə həmin sazişə daxil olması mümkün olmamışdır. Bundan başqa Qarabağ regionunda Azərbaycanın təbii ehtiyat və sərvətlərinin üçdə bir hissəsindən çoxu işğaldan azad olunmuş ərazilərin payına düşür. Lakin qeyd etdiyimiz kimi işğaldan azad olunmuş ərazilərdə bütün infrastruktur məhv edilmişdir və hər tərəf minalanaraq həyat üçün təhlükə mənbəyinə çevrilmişdir (10).

Respublikanın ərazisində filiz və qeyri-filiz yataqlan dağlıq və düzənlik ərazilərdə yayılaraq çox böyük sənaye əhəmiyyətinə malikdir. Dağlıq ərazilərdə əsasən Daşkəsən dəmir filizi, Zəylik alunit yataqları, Filizçay polimetal yatağı (Balakən rayonu), həmçinin mis, qurğuşun, sink, molibden, manqan, kobalt, civə, xrom, nikel, sürmə, qızıl və s. filiz yataqlan vardır ki, artıq onlann çoxu istehsal dövriyyəsinə cəlb edilib (1). Azərbaycanda metallurgiya əhəmiyyətli təbii resurslar da geniş yayılaraq zəngin potensial gücə malikdir. Qafqazın bütün ərazilərində metallurgiya sənaye əhəmiyyətli resurslann istehsal dövriyyəsinə cəlb olunması istehsal sahələrinin inkişafında xüsusi rol oynayan istehsal vasitələrinin inkişafına zəmin yaratmışdır. Bu istiqamətdə metallurgiya əhəmiyyətli filiz resurslan içərisində başlıca yeri alunit xammalı tutur və aluminium istehsalında mühüm iqtisadi əhəmiyyət kəsb edir. Alunit sənayesinin inkişafı üçün mühüm xammal sayılan boksit yataqlan da perspektivli sahələrdən olub əsasən Naxçıvan MR-in Sədərək bölgəsində cəmlənmişdir (4). Mis əlvan filizlərdən olub Böyük və Kiçik Qafqaz dağlıq ərazilərində ən qədim süxur laylannın tərkibində əmələ gəlmişdir. Başlıca Filizçayda, Gədəbəydə, həmçinin Şəmkir, Tovuz, Qazax inzibati rayonlannın bölgələrində çox böyük perspektivə malikdir. Qeyri-filiz təbii resursları ehtiyatına görə xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın təbiəti çox təzadlı relyef formalanna malik olduğundan dünyanın başqa ərazilərindən fərqli olaraq mürəkkəbliyi və müxtəlifliyi ilə də diqqəti cəlb edir. Kimya sənayesində əhəmiyyətli təbii resurslardan hesab olunan kükürd kolçedanı respublikada Kiçik Qafqazın Çirakidzor, Toğanalı yataqlan, Naxçıvan daş-duz yataqlan sənaye əhəmiyyətli olub zəngin potensiala malikdir. Bu daş-duz yataqlarının qalınlığı Nehrəmdə 45-85 m-ə, Naxçıvanda 196- 255 m-ə çatmaqla sənaye əhəmiyyətlidir. Yatağın ümumi ehtiyatı 2,5-3milyard ton müəyyən olunmuşdur (2). Naxçıvan MR-də həmçinin dolomit yataqları da vardır, onun ehtiyatı yüz milyon tonlarla ölçülür. Naxçıvan daş-duz yataqları ilə yanaşı respublikanın şərq bölgəsində Abşeron yarımadasında dəniz suyunun çöküntülərindən əmələ gəlmiş Masazır və Böyükşor duz yataqlan vardır ki, bunlann da çox geniş sənaye əhəmiyyəti vardır (5).

Şəkil 1. Azərbaycanın təbii ehtiyat və təbii resurslarının strukturu.

Apanlan tədqiqatlara görə respublika ərazisində 3000-ə yaxın mineral və termal su mənbələri aşkar edilmişdir ki, bu da əhalinin müalicəsində və təminatında başlıca rol oynayır. Hələ 1947-1950-ci illərdə Naxçıvan MR-də tapılmış Badamlı, Vayxır, Sirab, Dandağ və s. (6) mənbələrlə yanaşı Qarabağ regionunun Kəlbəcər rayonunda İstisu, Şuşada Turşsu, Şirlan, Şabranda Qalaaltı, Lənkəranda İstisu və Turşsu bulaqlannı, Qazax-Gədəbəy zonasında yüksək keyfiyyətə malik içməli süfrə suyu olan mineral bulaqları göstərmək olar. Əhalinin mineral suya olan tələbatını ödəməklə yanaşı ixrac yönümlü istehlak məhsulu kimi də dəyərləndirmək olar. Bu mineral su mənbələri ətrafında əhalinin istirahətini təmin etmək üçün istirahət düşərgələri və su doldurma müəssisələri yaradılmışdır. Bunlarla yanaşı Abşeronda, Kür-Araz, Samur-Dəvəçi (Şabran) və Lənkəran ovalıqlarında, Qanıx-Əyriçay çökəkliyində fəal temperaturların 4000 C-dən yüksək olması bitkiçiliyin inkişafına müsbət təsir edərək kənd təsərrüfatı məhsullarının keyfiyyətini artırır, meyvələrdə şəkərin (ffuktoza) miqdarını çoxaldır. Azərbaycan su ehtiyatlan ilə zəif təmin olunub. Belə ki, su çatışmazlığı dağlıq ərazilərdə bir o qədər hiss olunmasa da, suvarma əkinçiliyində düzən sahələrdə kifayət qədər problem yaradır. Ona görə də ölkədə su problemlərinin həlli müxtəlif yollarla həyata keçirilir. Buraya sudan səmərəli istifadə, qapalı su dövriyyəsinə malik istehsala keçid, Xəzərin suyunun şirinləşdirilməsi, yeraltı sulardan maksimum istifadə, suvarma kanallarının təkmilləşdirilməsi və s. aiddir (4,5).

Respublika çaylarının hidroenerji ehtiyatı 37 mlrd.Kvt. təşkil edir ki, bununla da Qafqazda Gürcüstandan sonra ikinci yeri tutur (5). Ölkəmiz daha mühüm əhəmiyyətə malik torpaq ehtiyatlan ilə də zəif təmin olunub ki, bu da adambaşına 0,59 ha təşkil edir. Əkin altında olan torpaqlar isə adambaşına 0,22 ha düşür (1). Lakin bu rəqəmlər sabit deyil və hər il əhalinin təbii artımı, sənaye obyektlərinin çoxalması və nəqliyyatın inkişafı ilə bağlı olaraq dəyişir.

Azərbaycanın təbii ehtiyatlan içərisində ekoloji mühitin yaxşılaşmasında, əhalinin mebel və tikinti materiallanna olan tələbatının ödənilməsində böyük əhəmiyyət kəsb edən sahələrdən biri də meşə resurslarıdır. Azərbaycan təbiətinin çox şıltaq və mürəkkəb olmasına baxmayaraq meşə ehtiyatlan ilə də zəngin deyildir. 2020-ci ilin məlumatına əsasən respublika ərazisində 1197,3 min hektar meşə sahəsi vardır (2). Lakin meşə ilə örtülü sahə 948,7 min hektardır ki, bu da respublika ərazisinin 11,0%-ni təşkil edir (5). Meşələrin 90,0%-i dağlıq ərazini əhatə edir. Son illərdə meşələrin qorunması və onlann artırılması ilə bağlı görülən tədbir-plan işləri bütün növ ağacların, o cümlədən relikt və endemik bitkilərin bərpasına və artırılmasına istiqamət götürmüşdür. Bunun canlı şahidi olaraq 2000-ci ildən etibarən Bakı-Kürdəmir magistral şosse yolu boyunca (200 km) yeni əkmələrin həyata keçirilməsinə başlanıldı. Son illərdə kiçik və orta müəssisələrin sayının artması meşələrdə olan nadir və qiymətli ağac növlərinin (qırmızıağac, cənub çinarı, dəmirağac, cökə və s.) sayının azalmasına səbəb olmuşdur. Tədqiqatçıların fikrincə meşələrdə ağacların qocalma prosesi çox sürətlə gedir.

Azərbaycan bioloji ehtiyatların mühüm tərkib hissəsi sayılan müxtəlif heyvanat aləminə malikdir. Bura Xəzərin sahil xətti boyu çayların və su hövzələrinin balıq ehtiyatları, düzən və qayalıq ərazilərdə sürünənlər (xüsusilə çox qiymətli zəhəri olan qafqaz gürzəsi), çox sayda quşları aid etmək olar. Bunlarla yanaşı respublikamız zəngin turizm-rekreasiya ehtiyatlarına da malikdir. Bura həm rekreasiya ehtiyatlan (Böyük və Kiçik Qafqazda, Talış dağlanndakı dağ meşələri, Xəzər sahili narın qumlu çimərliklər, mineral və termal bulaqlar) (6,7), həm də mədəni-tarixi və təbii təbiət obyektləri (“İçəri Şəhər”, “Əshabi- Kəhf’, Qobustan və Qarabağ qayaüstü təsviri sənət inciləri, qədim qaya rəsmləri, müxtəlif ölçülü qala və körpülər, Xudafərin köıpüsü, Qırmızı Körpü, çoxfunksiyalı arxeoloji abidələr və s.) daxildir (8).

Qeyd olunmalıdır ki, mineral təbii ehtiyatlar içərisində iqtisadi əhəmiyyətinə görə fərqlənən resurslardan biri də tikinti materiallarıdır. Tikinti materialları dağlıq ərazilərdə və çaylarda geniş yayılmış, tikintiyə olan tələbatın ödənilməsində xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə əsas tikinti materiallarından bentonit gili, gips, əhəng daşlan, mişar daşlan, tuf daşlan, çınqıl, dəniz və çay qumu və s. misal göstərmək olar. Gələcəkdə bu sərvətlərdən geniş və itkisiz istifadə etmək üçün dövlət tərəfindən planlaşdırılmış layihələrdən istifadə edilməlidir.

Nəticə. Yuxarıda sadalanan zəngin ehtiyatlar və çox əlverişli təbii şərait Qarabağ regionunda təbii resurs və ehtiyatlann zənginliyinə səbəb olmuşdur. Bu ehtiyatlann fiziki və kimyəvi xüsusiyyətlərinin tədqiqi ön plana çəkilməlidir. Mineral-termal sulardan istifadə üçün maksimum şərait yaradılmalıdır. Bu sərvətlərin zənginliyi metallurgiya və kimya sənayesinin daha çox inkişaf etdirilməsinə zəmin yaradır. Ölkə sərvətlərinin 31 hissəsinin bu iqtisadi rayonda yerləşməsi çoxfunksiyalı sənaye sahələrinin yaradılmasına da imkan verir. Qarabağda olan 160 müxtəlif qiymətli xammal ehtiyatlarından səmərəli istifadə etmək üçün Kəlbəcər, Laçın, Zəngilan, Tərtər və Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl yataqları, Mehmana polimetal və Dəmirli mis-porfir xammal ehtiyatlan istehsala cəlb edilməlidir. Bu baxımdan yeni infrastrukturların yaradılması önəmlidir. Buraya nəqliyyat yollan, otellər, kafelər, restoranlar, istirahət guşələri və s. salınması çox vacibdir.

Ədəbiyyat

1."Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı”. Dövlət proqramı (2014-2018), ARDSK materialları. Bakı, 2016.

2.A.Ə.Əsgərov “Ətraf mühitin qorunması və təbii sərvətlərdən istifadə”. Bakı, 1989.

3.N.İ.Mahmudov “Azərbaycanın mineral xammal sərvətləri və ətraf mühit”. Bakı, 2000.

4.Z.S.Məmmədov “Naxçıvanın təbii sərvətləri”. Bakı, 1993.

5.Z.S.Məmmədov “Ətraf mühitin iqtisadiyyatı”. Bakı, 2019.

6.M.O.Sadıqov. C.Novruzov “Naxçıvan MR-də turizmin inkişafına təsir edən təbiət abidələri və mineral-termal suların rolu”. Azərbaycan arxeologiyası və etnoqrafiyası, №l, səh.l 15-125.

7.M.O.Sadıqov “Abşeron turizm bölgəsində mineral və termal suların öyrənilməsinin fiziki-coğrafi aspektləri”. Respublika elmi-praktik konfransının materialları, səh.89-93. Bakı, 2019.

8.M.O.Sadıqov, Ş.M.Əliyev “Qarabağ iqtisadi rayonunda kənd yaşayış məntəqələrinin funksional tipləri və onların morfoloji-genetik quruluşu”. Səh.89-92. Yer və İnsan elmi-nəzəri jurnalı, №1, Bakı, 2022.

9.Elçin Zaman ”İki sahil” onlayn ictimai-siyasi qəzet. 30 mart 2022-ci il.

10.Nuriyev Əli, AMEA-nın müxbir üzvü, “Qarabağın bərpa və inkişaf layihələri regionun tarixi ənənələrinə və gələcək tələbatına əsaslanmalıdır”. Xalqqəzeti.com.

 

Экономическая эффективность природных ресурсов Азербайджана

 

Садыгов    М.О.,   Пашаева    Н.Б., 

Резюме. В статье рассматривается наличие многочисленных климатических элементов и различных структур рельефа при выгодном географическом положении территории республики. Имеются уникальные богатые рудные и нерудные месторождения, а также редкие и ценные минеральные ресурсы, способствующие развитию металлургической и химической промышленности в стране, которая носит многогранный характер и ведет к созданию на Кавказе многофункциональных промышленных объектов. Страна богата минеральными и термальными водами. По последним данным в стране насчитывается около 3000 минеральных источников. Можно упомянуть всемирно известный лечебный Нафталан (смесь грязи с нефтью). Наша республика была вторым после Урала производителем ртути, алунита, урана, меди, железной руды и других ресурсов в бывшем Советском Союзе. 90% элементов таблицы Менделеева можно найти в Азербайджане. 90-95% этих природных богатств и ресурсов формировались на принадлежащих Азербайджану территориях Большого и Малого Кавказа а также в сухопутных и морских районах Апшеронского полуострова. Азербайджанская сырая нефть добывается промышленным способом почти 200 лет. В 1994 году наш великий лидер Гейдар Алиев подписал «Контракт века», самый перспективный и прибыльный проект в мире.

Ключевые слова: ресурс, природные ресурсы, недра земли, экономическая эффективность, геология, минеральные источники, термальные воды.

 

Economic efficiency of natural resources of Azerbaijan

Sadygov M.O., PashaevaN.B.,

Summary

The article discusses the presence of numerous climatic elements and various relief structures with a favorable geographical position of the territory of the republic. There are unique rich ore and non-ore deposits, as well as rare and valuable mineral resources, contributing to the development of the metallurgical and Chemical industries in the country, which is multifaceted and leads to the creation of multifunctional industrial facilities in the CaucasusThe country is rich in mineral and thermal waters. According to the latest data, there are about 3,000 mineral springs in the country. We can mention the world-famous healing Naftalan (a mixture of mud and oil). Our republic was the second producer of mercury, alunite, uranium, copper, iron ore and other resources in the former Soviet Union after the Urals. 90% of the elements of the periodic table can be found in Azerbaijan. 90-95% of these natural wealth and resources were formed in the territories of the Greater and Lesser Caucasus belonging to Azerbaijan, as well as in the land and sea areas of the Absheron Peninsula. Azerbaijani crude oil has been produced industrially for almost 200 years. In 1994, our great leader Heydar Aliyev signed the Contract of the Century, the most promising and profıtable project in the world.

Keywords: resource, natural resources, bowels of the earth, economic efficiency, geology, mineral springs, thermal waters

 

Azərbaycan Dövlət  mükafatı laureatı, coğrafiya elmləri doktoru, professor Naib Şirin oğlu Şirinovun 100 illik yubileyinə həsr olunmuş «İnsan və relyef təbii təkamülün əsas hissəsi kimi» mövzusunda elmi-praktik konfransın materialları. Bakı 2022. Coğrafiya və təbii resurslar jurnalının xüsusi buraxılışı.ACC