Bu iqtisadi rayonun tərkibinə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocavənd, Xocalı, Şuşa və Tərtər inzibati rayonlar daxildir. Qarabağ iqtisadi rayonunun şəraiti, iqlim ünsürləri və torpaq - bitki örtüyünün müxtəlifliyi bu ərazidə kənd təsərrüfatının bir sıra sahələrinin inkişaf etməsinə səbəb olmuşdur. Kənd yaşayış məntəqələrinin salınmasında da ərazinin relyefi və maili forması başlıca rol oynayır.Ərazini tədqiq edərkən kəndlərin təsərrüfat tiplərini və morfoloji - genetik quruluşunu əsas götürdük.
Bu baxımdan,kəndlərin tipologiyasını 6 ixtisaslaşma kənd təsərrüfatı tipli kəndlərə ayırmaq olar:
III. Üzümçülük və bağçılıqla məşğul olan kəndlər 1960 - cı illərdən başlamışdır. Əsasən Ağdərə, Xocavənd, Füzuli, Ağdam, Cəbrayıl inzibati rayonlarının ərazilərində yayılmağa başlamışdır. Bu rayonların əhalisinin 80 - 85 %-i üzümçülük və heyvandarlıq, 15 - 20 % - i isə bağçılıqla (əsasən çəyirdəkli meyvəçiliklə) məşğul olurlar.
Ümumiyyətlə, Qarabağ iqtisadi rayonunda kəndlər respublikanın aqrar yönümlü olması ilə yanaşı, tikinti,yenidənqurma və abadlıqla bağlı irəli sürülən planlar üzrə inkişaf etdirilməlidir. Bu, hətta kəndlərin coğrafiyasının və morfoloji - genetik quruluşunun öyrənilməsi yuxarı təşkilatların kənd məntəqələrinə ayrılan kapital qoyuluşunun realizə olunmasında da başlıca rol oynaya bilər. Bunları nəzərə alaraq, İqtisadi rayonun sosial - iqtisadi potensialını son 40 - 50 ildə araşdırdıqda məlum olur ki, ermənilərin yaşadığı kəndlərin iqtisadi mənzərəsi azərbaycanlıların yaşadığı kəndlərdən dəfələrlə üstün olmuşdur. Hazırda kəndlərin köhnə plan və sxemlərindən yalnız həmin yerlərin tarixi - etnoqrafik və arxeoloji qazıntılar baxımından öyrənilməsində və coğrafi axtarışların həyata keçirilməsində istifadə etmək mümkündür (xəritə sxem N°1). Buna görə də kəndlər bütün komponentlər çərçivəsində yeni plan və sxemlər tərtib edilib həyata keçirilməlidir. Bunları nəzərə alıb keçmişdə, yəni 1988-ci illərdə bu iqtisadi rayonun kənd məntəqələrini təsnifat baxımından 18 morfoloji - genetik tipə ayrılmasını ləğv edib, yeni təsnifatı əsas götürmək lazımdır (perspektiv planda).
İkinci Vətən müharibəsindən sonra şanlı qələbənin nəticələrini əsas götürərək regionun bütün sənaye, kənd təsərrüfatı, nəqliyyatı və s. sahələri ilə yanaşı yaşayış məntəqələrinin yenidən qurulması və abadlığı haqqında yeni planların həyata keçirilməsi təxirə salınmazdır.
Erməni təcavüzü nəticəsində dağıdılan və yerlə-yeksan edilən yaşayış məntəqələrinin yerində yeni şəhər tipli qəsəbələrin salınması, onlarda yeni infrastrukturların yaradılması birmənalı olaraq qarşıya qoyulmalıdır. Azərbaycanlılar yaşayan bir sıra kənd təsərrüfatı tipli məntəqələr olduğu kimi bərpa edib, əhaliyə verilməlidir. Viran qoyulmuş bəzi perspektivli kəndlər müasir sənaye və kənd təsərrüfatı tipli qəsəbələrlə əvəz olunmalıdır.
İqtisadi rayonun kəndlərinin funksional tipindən, təbii - coğrafi şəraitindən asılı olaraq onların morfoloji-genetik quruluşunu nəzərə alıb, aşağıdakı 11 tipə bölmək olar:
Bu tip kəndlər böyük, orta, bəzən isə iriölçülü olub, sistemsiz küçələri və tikintiləri ilə fərqlənir. Bu kəndlər qədimi olub, küçələri müxtəlif istiqamətlidir.
Bu tip kəndlərə regionun suayrıcılarında və hamar ərazilərində rast gəlmək olur. Evlər əsasən ikimərtəbəli olub, tikintisində daş, kərpic və ağac materiallarından istifadə edilmişdir. Birinci mərtəbə daş və kərpicdən, ikinci mərtəbəsi isə ağac materiallarından hazırlanmışdır. Digərlərindən fərqli olaraq bu tip kəndlər nəqliyyat yollarının ətrafında salınmışdır. Məs: Xocavənd rayonunun Hasi və Şuşakənd kəndi sxem (c), Şuşanın Qarabulaq (Ə) sxemli kənd və s.
Nəticə olaraq onu qeyd etmək olar ki, ermənilər son 30 ildə iqtisadi rayonun istər məntəqələrinin tipologiyasında və istərsə də onların morfoloji - genetik quruluşunda gələcək üçün heç bir ölçü nümunəsi qoymayıblar. İqtisadi rayon ərazisində bütün təsərrüfat sahələri, meşə və bağlarda olduğu kimi, şəhər və kənd məntəqələrinin morfoloji - genetik quruluşu da dağıdılıb, yerlə-yeksan edilmişdir. Bunları aradan qaldırmaq üçün yeni planlar, yeni tipli məntəqələrin salınması gündəmdə olmalıdır.
Qarabağ iqtisadi rayonunda kənd yaşayış məntəqələrinin funksional tipləri və onların morfoloji - genetik quruluşu
AMEA ak.H.Ə.Əliyev adına Coğrafiya institutunun aparıcı elmi işçisi,
biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev
AMEA ak.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi,
coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məmməd Sadıqov
Yer və insan elmi-nəzəri jurnalı №01(17)-2022, səh. 89-92