Mühasibatlıq

Telefon:

538-59-75; 539-33-54

Elektron poçtu:

[email protected]

Şöbənin  müdiri:

Mürsəlova Səidə Asif qızı

İşçilərin ümumi sayı:

5

 Əsas fəaliyyət istiqamətləri:

 

1.Maliyyə fəaliyyəti üzrə mühasibat uçotunun təşkili;

2.Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və təşkilatın əmlakının qorunmasına nəzarət;

3.Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfat daxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Təşkilatın maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsi, inventarizasiyanın aparılması;

4.Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərin və pul vəsaitlərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsi;

5.Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması və vergi hesabatının təqdim edilməsi

6.Lazımı hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatı;

7.Təşkilatın bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılması;

8.Maliyyə vəsaitlərinin hərəkitinin uçotunun aparılması və maliyyə uçotunun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtibatı;

9.Müvafiq şöbələrdən daxil olan əsas məlumatların və sənədlərin emalı;

10.Statistik hesabatların təhvil verilməsi üçün məlumatların hazırlanması;

11.Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesabfakturaların qeydiyyatı;

12.Əmək haqqının və işçilərlə əlaqədar olan digər əməliyyatlarının hesablanması və ödənilməsinin təmin edilməsi.