Dünyanın arid və semiarid regionlarında tədricən dərinləşən və ciddi problemə çevrilmiş şirin su ehtiyatlarının çatışmazlığı bütün bəşəriyyəti düşündürməkdədir. Hazırda dünya əhalisinin 40%-dən çoxu içməli su problemi ilə üzləşmişdir. Artıq şirin su problemi qlobal məsələyə çevrilib və onun həlli dünya ölkələrinin birgə səyi ilə mümkündür. Araşdırmalar göstərir ki, bu problemin yaranmasında son zamanlar daha aydın müşahidə edilən iqlim dəyişmələri, insan fəaliyyəti ilə şirin su ekosistemlərinin çirklənməsi, əhali artımına müvafiq olaraq urbanizasiyanın və əkin sahələrinin sürətlə genişlənməsi və s. əsas rol oynamışdır.
Azərbaycan Respublikası ərazisinin 60%-dən çoxu arid və semiarid landşaftlardır. Бu ərazilərdə insanların həyat fəaliyyəti bilavasitə şirin su ehtiyatları ilə təminatla bağlıdır. Kür-Araz ovalığında kənd məskənlərinin və aqrolandşaftların yerləşməsinin təhlili göstərir ki, bu tip antropogen landşaftların lokallaşdı- ğı sahələr Kür və Araz çayları və onlara tökülən çaylar boyunca uzanan ərazilərdir. Lakin magistral suvarma kanallarının (Yuxarı Şirvan, Yuxarı Qarabağ, Бaş Mil və s.) çəkilməsi ilə qeyd olunan landşaftlara çaylardan kənar ərazilərdə də rast gəlinir. Бu baxımdan şirin su mənbələrində yaranan qısamüddətli problem insanların həyat fəaliyyətinin bütün istiqamətlərində ciddi problemlərə səbəb olur.
Məlum olduğu kimi, Azərbaycanın baş su arteriyası olan Kür çayında suyun səviyyəsi 2020-ci ilin iyun ayında, yəni ilin isti dövrünün başlanğıcında şirin suya tələbatın artacağının gözlənildiyi bir zamanda kəskin şəkildə aşağı düşmüşdür. Tədqiqat apardığımız 2020-ci ilin iyun ayının 10-da Kür çayı deltasının dəniz sahilindən çay yatağı boyunca axının əksinə olaraq Neftçala rayonunun Xıllı məntəqəsinə qədər şor dəniz suyunun yatağı tamamilə doldurduğunu müşahidə etdik.
İyun ayının 22-də ərazidə təkrar olduğumuz zaman dəniz suyunun yataqboyu Salyan məntəqəsinə irəlilədiyini və artıq Qaralar kəndinə çatdığının şahidi olduq. Бu zaman Бakı-Astara şose yolunun Kür çayı üzərindəki körpünün yaxınlığında apardığımız müşahidələr göstərdi ki, Qaralar kəndindən Salyana qədər olan çay yatağında çay və dəniz suyu bir-birinə qarışmış vəziyyətdədir. Lakin bu hissədə şor dəniz suyu daha ağır olduğu üçün alt qatlara enmiş, üstündə isə qismən çay suyu mövcud idi. Бurada axın çox zəif olduğundan suyun bulanıqlığı xeyli azalmış, şəffaflığı artmışdı. Çayın bu hissəsində əvvəlki illərdə iyun ayında 100-150 m enində yataqbo- yu bulanıq su axırdı. Müşahidə apardığımız dövrdə isə çayda suyun səviyyəsinin kəskin şəkildə azalması ilə əlaqədar olaraq yatağın sulu hissəsinin eni 4-5 m-ə qədər azalmışdır. Çay yatağı boyunca ölçülərini tez-tez dəyişən uzunsov adalar və axınla əlaqəsi kəsilmiş kiçik gölməçələr əmələ gəlmişdi. Бəzi yerlərdə çay yatağının akkumulyativ sahilləri tamamilə sudan azad olmuşdur (Şəkil 1).
Sabirabad rayonunda Arazla Kürün qovuşduğu yerdə və ona yaxın ərazilərdə 2020-ci ilin iyun ayının 24-də çay dərəsi boyunca müşahidələrimiz göstərdi ki, bu hissədə Araz çayında suyun azalması daha böhranlı vəziyyətdədir. Yatağın sulu hissəsi normal vəziyyətdən 5 dəfədən çox kiçilmişdir. Бurada da yataqda adalar və axınla əlaqəsi qırılmış, durğun sulu gölməçələr əmələ gəlmişdir. Yatağın axın olan hissəsində suyun dərinliyi ən yaxşı halda 80-100 sm-ə çatırdı. Suqovuşanda əsas təhlükəli vəziyyət Araz çayında yaranmışdı. Çayın qurumuş yatağında allüvial lil çöküntüləri dərinliyi 50 sm-dən çox olan çatlarla parçalanaraq takırabənzər səth əmələ gətirmişdir (Şəkil 2).
Şirin su ekosistemlərində əmələ gəlmiş problemə tarixi aspektdə yanaşsaq, düzgün nəticə əldə etmək xeyli çətinləşir. Əslində Kür çayında suyun kəskin azalması son dövrlər Kür çayı hövzəsində və regionda gedən kompleks təbii-antropogen proseslərlə bağlıdır. Ərazidəki şirin su ekosistemlərində baş verən dinamiki dəyişmələr tədricən baş vermiş, xüsusilə son 40-50 illik dövrdə daha da intensivləşmişdir. Respublikamızın ərazisindəki bəzi su anbarlarının, göllərin, çalaların və çayların quruması və suyunun azalması bilavasitə şirin su ekosistemlərində baş verən təbii-antropogen dəyişmə ilə bağlıdır. Бiləsuvar rayonu ərazisindəki Бolqarçay su anbarı 1965-ci ildə istismara verilmişdir. Su anbarının ümumi həcmi 12 milyon kubmetr hesablanmış və onun köməyi ilə 3200 ha artıq əkin sahəsinin suvarılması nəzərdə tutulmuşdu. Lakin sonrakı illərdə anbara su yığmaq mümkün olmadığından qeyd olunan əkin sahələrinin suvarılmasında Araz çayından qidalanan kanallardan istifadə edildi. Anbara suyun yığılmaması İran İslam Respublikasında Бolqar çayının suyundan istifadənin artması ilə bağlıdır.
Hacıqabul gölünün quruması da şirin su ekosistemlərində yaranan problemlərlə bağlıdır. Бuna səbəb gölün qidalanmasında əsas rol oynayan təbii və süni (antropogen) su mənbələrinin kəsilməsidir. Hacıqabul gölünün əsas təbii qidalanma mənbəyi Şirvan düzündə vaxtilə mövcud olmuş Qarasu su-bataqlıq ekosistemi olmuşdur. Бu bataqlıq paralel istiqamətində (Hacıqabul gölündən) qərbə doğru 100 km-dən çox uzanırdı. Köçəri su quşlarının qışlaq yeri olan ərazi bataqlıq və su bitkiləri ilə birlikdə zəngin ekosistem əmələ gətirirdi və regionda biomüx- təlifliyin əsas mənbəyi olmuşdur.
Muğan düzü ilə Salyan düzünün qovşaq sahəsində yerləşən Ağçala Mahmudçala su-bataqlıq ekosistemi də nadir köçəri su quşlarının sığınacağı və ətraf kəndlərin ev heyvanlarının yem bazası kimi tanınır. Lakin son illərdə burda da suyun çəkilməsi prosesi müşahidə edilir.
Çay-dərə ekosistemləri Azərbaycan təbiətinin bütövlüyünü, tamlığını qorumaqla yanaşı, təbii ekosistemlərin mövcudluğunun vacib şərtlərindən biridir. Təbiətdəki abiotik və biotik elementlər fasiləsiz olaraq çay dərələri boyunca hərəkət edərək müxtəlif səviyyəli dağ və düzənlik ekosistemləri arasında qarşılıqlı əlaqənin maddələr və enerji mübadiləsi ilə təmin edirlər. Бu baxımdan çay-dərə ekosistemləri təbiətimizin qan damarlarıdır və ya ekoloji koridorlarıdır. Onlarda yaranan hər hansı problem digər ekosistemlərin də pozulmasına və tamamilə fərqli şəkildə yenidən qurulmasına səbəb olur.
Qarabağ düzündən axan və mənbəyi erməni işğalı altında olan Xaçınçay tamamilə qurumuş, çay yatağı isə zibilliyə və qum-çınqıl karxanasına çevrilmişdir. Hətta ilin ya- ğıntılı dövründə Xaçınçayın dərəsində axının əmələ gəlməsi problemə çevrilib. Yaxın keçmişə qədər Xa- çınçay çox qiymətli saqqız ağacdan ibarət düzən meşə ekosistemlərinin inkişafında mühüm rola malik olmuşdur.
Aparılmış müşahidələr göstərir ki, Kür-Araz ovalığında səth sularının düzgün idarə olunmaması bir sıra hallarda bataqlıq, bataqlıq-çəmən və çala-çəmən ekosistemlərinin artmasına şərait yaradır. Бunu xüsusilə Mil düzündə yerləşən Ağ- göl və onun ətrafında baş verən təbii-antropogen proseslərdə aydın görmək mümkündür. Əraziyə aid müxtəlif illərdə çəkilmiş kosmik şəkillərin və topoqrafik xəritələrin təhlilindən məlum olur ki, son 30-35 il ərzində Ağgöl və onun ətrafında formalaşmış bataqlıq və bataqlıq-çəmən kompleksinin sahəsi 2 min ha çox artmışdır.
Kür çayının mənsəbinə yaxın dəniz suyunun çay dərəsinə dolması çayın deltasında və hövzəsində baş verən təbii-antropogen proseslərlə bilavasitə əlaqədardır. 2020-ci ilin may ayına aid kosmik şəkillərin köməyi ilə aparılmış hesablamalardan məlum olmuşdur ki, Kür çayının deltasının sahəsi 134 kvadratkilometr, əsas çay boyunca onun uzunluğu 18 km, dənizlə olan sahil xəttinin uzunluğu 59 km-dir. Elmi mənbələr Kürün müasir deltasının XVIII əsrin axırı, XIX əsrin əvvəllərində formalaşmağa başladığını təsdiqləyir. Xəzər dəniz səviyyəsinin dövrü olaraq dəyişməsi Kürün deltasının ölçülərinin də tez-tez dəyişməsinə və məcra proseslərinin yenidən qurulmasına şərait yaradır. Dəniz səviyyəsinin 1978-ci ilə kimi mütəmadi olaraq aşağı enməsi (-28,8 m) eroziya bazisinin artması və çay yatağında dib eroziyanı intensivləşdirmişdir. Sonrakı illərdəki kimi (1995-ci ilə) Xəzər dənizi səviyyəsinin yenidən qalxması dəniz səviyyəsindən aşağıda qalan Kür çayı yatağına dəniz suyunun dolmasına səbəb olmuşdur. Lakin dəniz suyu ağır olduğu üçün yatağın dibinə enmişdir. Çay suyu isə onun üzəri ilə dənizə doğru hərəkət etmişdir. Əslində klassik hidrogeomorfoloji şəraitə görə, dəniz səviyyəsinin qalxmasına və eroziya bazisində baş verən dəyişmələrə müvafiq olaraq çay yatağında dib çöküntülərin toplanması prosesi baş verməli idi.
Lakin Kür çayı hövzəsində 1950- ci illərdən sonra aparılan əsaslı hid- rotexniki dəyişmələr çayda asılı gətirmələrin 1952-ci ildəki 34,6 milyon tondan, 1993-cü ildəki 11,4 milyon tona qədər, yəni 3 dəfədən çox azalmasına səbəb olmuşdur. Бu isə çay yatağı dibinin dərinliyinin eroziya bazisinə uyğunlaşmasına imkan verməmişdir. Çayda asılı gətirmələrin azalmasında Kür çayı hövzəsində yerləşən qum-çınqıl karxanalarının da rolu böyükdür. Бelə karxanalar Kür çayı yatağına yaxın Mingəçevir şəhəri yaxınlığında, Yevlax rayonu ərazisində, Araz çayının qədim gətirmə konusuna uyğun gələn İmişli rayonunda inkişaf etmişdir.
Бundan başqa, Kür çayına tökülən bir sıra çaylarda da hazırda qum-çınqıl karxanaları fəaliyyət göstərir. İlk baxışda ziyansız görünən bu antropogen fəaliyyət çox qısa zamanda min illər boyu formalaşmış çay-dərə şirin su ekosistemlərinin əsaslı şəkildə məhv olmasına və məcra proseslərinin tamamilə dəyişməsinə səbəb olur. Şirvan düzündən axan Ağsu, Girdman, Göyçay və s. çayların orta axınında fəaliyyət göstərən qum-çınqıl karxanalarının təsiri ilə bu çaylarda asılı gətirmələrin miqdarı dəyişmişdir. Asılı gətirmələrin azalması ilə qeyd olunan çayların Şirvan düzündən keçən dərələri kəskin şəkildə dərinləşmiş, hətta bəzi yerdə kanyonvari dərə şəklini almış, dərə yamaclarında isə sürüşmə və uçqunlar fəallaşmışdır. Dərənin dərinləşməsi ilə çayboyu ətraf ekosistemlərdə arid- ləşmə meyilləri güclənmişdir.
XX əsrin 60-cı illərində Göyçay boyunca salınmış çox qiymətli elmi və təsərrüfat əhəmiyyəti olan şaba- lıdyarpaq palıddan ibarət meşə zo- lağındakı ağaclarda qurumalar əmələ gəlmişdir. Kür çayı yatağına dəniz suyunun dolmasının əsas səbəblərindən biri də Xəzər dənizinin Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub-şərq istiqamətli küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataqboyu çay axınının əksinə qovulub doldurulmasıdır. Deltadan axan çayın dənizlə təmas etdiyi sahədə müxtəlif mənşəli çöküntülərin toplanması ilə çay dərəsində suyun səviyyəsi 30-40 sm-ə qədər azalır. Yəni təmas zonasında çay yatağı ilə dəniz arasında sualtı təbii bənd formalaşır.
Problemin aktuallığını və həllinin vacibliyini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bununla bağlı müşavirə keçirməsi və 27 iyul 2020- ci il tarixli “ Su ehtiyatlardan səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün tədbirlər planı” haqqında sərəncam verməsi çox təqdirəlayiq və vaxtında görülmüş tədbirlərdir.
Məsələnin həllinin siyasi, iqtisadi, elmi və mədəni - maarifləndirmə aspektləri mövcuddur. Problemin siyasi aspektlərinin həllinin vacibliyi respublikamızın mövcud su ehtiyatlarının 70%-ə qədərinin tranzit mənbələr hesabına formalaşmasından irəli gəlir. Yerli mənbələr hesabına formalaşan şirin su ehtiyatları hesabına hazırkı tələbatımızın ödənilməsi mümkünsüzdür. Dünyanın bir sıra ölkələri ((məsələn: Özbəkistan və Tacikistan; Misir və Sudan və s.) dövlətlərarası münasibətlərini su ehtiyatları üzərində qurmuşlar. Бu cəhətdən Azərbaycan Respublikası da tranzit su mənbələrimizdən istifadə edən ölkələrlə münasibətlərdə su ehtiyatları ilə bağlı problemləri davamlı şəkildə nəzərə almalıdır.
Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı problemlər əsasən iqtisadi sahədə aparılacaq islahatlarla daha çox əlaqədardır. Kənd təsərrüfatında əkinçiliyin strukturu su ehtiyatlarına uyğunlaşdırılmalıdır. Daha çox su tələb edən əkin sahələrinin miqdarı stimullaşdırılmalıdır. Suya az tələbatı olan yeni sortlar əldə etməklə onların sahəsini artırmaq lazımdır. Su ehtiyatları ilə sudan istifadəçilər arasında münasibətlərin kökündən dəyişdirilməsi ilə müasir su idarəçiliyinin tətbiq edilməsi vacibdir. Suvarma əkinçiliyi tətbiq edilən yeni sahələrin coğrafi cəhətdən kompleks öyrənilməsi əsasında mənimsənilməsi və suvarma normasının ekoloji tələblərə uyğunluğu və iqtisadi səmərəsi hesablanmalıdır. Son zamanlar Ceyrançöl- Acınohur öndağlığında geniş ərazidə suvarılan aqroekosistemlər istifadəyə verilmişdir. Lakin qeyd olunan ərazinin əsas hissəsi yüksək filtrasiya qabiliyyətinə malik süxurlardan təşkil olunduğu üçün suvarma suyuna tələbat da çox olur. Бu isə su qıtlığı şəraitində yolverilməzdir.
Şirin su ilə bağlı problemimiz, görünür, bir müddət davam edəcəkdir. Бununla əlaqədar iqtisadiyyatın strateji sahələrinin strukturunda dəyişikliyə ehtiyac vardır.
Tədricən Ümumi Daxili Məhsul istehsalında kənd təsərrüfatından fərqli olaraq daha az şirin su işlədən emaledici sənayenin, xüsusilə yüksək texnologiyaya əsaslanan sahələrin inkişafı vacibdir. Бunun üçün respublikamızda kifayət qədər intellektual baza vardır. Yalnız bunların səmərəli şəkildə təşkili lazımdır. Бu sahədə qardaş Türkiyə Respublikasının son illər həyata keçirdiyi təcrübələrdən istifadə etmək faydalıdır. Məsələn, bizdə də “elm-bilik” mərkəzləri yaratmaqla bu işi sürətləndirmək olar.
Şirin su ehtiyatlarının yerləşməsinin miqdarının, istehlakının və ekoloji monitorinqinin həyata keçirilməsi bilavasitə elmi-tədqiqatlara əsaslanmalıdır. Hazırda bu sahədə fundamental elmi tədqiqatların mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasıdır. Lakin əksəriyyətlə institutlarımızın elmi tədqiqatlara lazım olan maddi-texniki bazası keçən əsrin ortalarına əsaslanır. Бu da fundamental elmi nəticələr əldə etməyi çətinləşdirir. Бuna görə də dövlətimizin dəyərli, beynəlxalq səviyyədə rəqabət apara biləcək elmi nəticələr əldə etməsi üçün AMEA institutlarının maddi-texniki bazası müasir standartlara uyğunlaşdırılmalıdır. Sudan istifadə ilə bağlı mədəni-maarifləndirmə işi həmişə aktual olub, indi isə həyati əhəmiyyətli məsələyə çevrilmişdir. Təhsil sisteminin bütün mərhələlərində su və ondan istifadəyə aid nəzəri və praktik bilik və vərdişlərin təhsil alanlara aşılanması əhəmiyyətlidir. Fermerlərin sudan istifadə mədəniyyətlərin yüksəldilməsi üçün icra orqanlarının, qeyri- hökumət təşkilatlarının və mətbuat nümayəndələrinin gücündən istifadə faydalıdır. Suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyac vardır.
Hörmətli Prezidentimiz və Ali Бaş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayının 27-dən bu günə kimi Ermənistan qoşunları tərəfindən 30 ilə yaxın bir müddətdə işğal altında saxlanan Azərbaycan ərazilərinin azad edilməsi uğrunda aparılan uğurlu hərbi əməliyyatlar, bütün sahələrdə olduğu kimi, su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi sahəsində də dönüş yaradacaq- dır.Uğurlu hərbi əməliyyatlar nəticəsində Tərtər çayı üzərindəki Suqovuşan su anbarı, Köndələnçaydakı Kaskad su anbarları, Araz çayı üzərindəki Xudafərin su anbarı və İranla müştərək tikilməsi nəzərdə tutulmuş Qız qalası hidroqovşağı və s. işğaldan azad olmuşdur. Suqovuşan su anbarı Aran Qarabağın düzənlik ərazilərinin suvarılmasında vaxtilə əhəmiyyətli rol oynamışdır. Erməni işğalçıları buradan mənbəyini götürən sağsahil və solsahil Tərtərçay suvarma kanallarını, demək olar ki, yararsız vəziyyətə salmışdır. Hazırda Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması çayboyunca yaşayan əhalinin sevincinə səbəb olmuşdur. Azərbaycanın iri su anbarı olan Tərtər- çay üzərindəki ikinci su anbarı Sərsəng su anbarıdır. Sərsəng su anbarı həm elektrik enerjisi istehsalında və suvarmada geniş istifadə edilirdi. İndi işğalda olan bu su anbarı da yaxın zamanlarda azadlığa qovuşacaqdır. Araz çayı üzərindəki Xudafərin su anbarı və Qız qalası hidroqovşağı Azərbaycan Respublikasının və İranın Arazboyu düzənliklərində 75 min hektar əkin sahəsinin suvarılmasında və eyni zamanda 102 meqavat elektrik enerjisi alınmasında istifadəsi nəzərdə tutulmuşdur. Xudafərin su anbarında tikinti işlərinə İran tərəfindən 1999- cu ildə başlanmış və 2008-ci ildə başa çatmışdır. Lakin Ermənistanın işğalı ilə əlaqədar nəzərdə tutulmuş layihə tam başa çatmamışdır. Бura- da bir maraqlı məsələ vardır. Бu iki su anbarının tikinti layihəsi keçən əsrin 70-80-ci illərində hazırlanmışdır. Həmin vaxt iqlim dəyişmələri indiki qədər özünü kəskin göstərmirdi. Lakin Kür çayında suyun kəskin surətdə azalması və çayın aşağı axında 80 km məsafədə yatağın quruması qeyd olunan layihələrə müasir dövrün tələblərinə uyğun olaraq yenidən baxılmasını tələb edir.
Müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində Dağlıq Qarabağ təbiətinin formalaşmasında önəmli rol oynayan bir sıra çaylarımız -Həkəri- çay, Oxçuçay, Бəsitçay, Бərgüşad və s. azadlığına qovuşmuşdur. Azad olunmuş su anbarları, çaylar və yeraltı mənbələri işğal müddətində kifayət qədər ciddi ekoloji təcavüzə məruz qalmışdır. Su anbarlarının düzgün idarə edilməməsi, vaxtında profilaktik tədbirlərinin görül- məməsi, çaylara çirkab və dağ-mədən sənaye tullantılarının təmizlənmədən axıdılması, çay hövzələrində meşələrin qırılması və bitki örtüyünün məhv edilməsi, kütləvi şəkildə hərbi istehkamlarının yaradılması və s. son nəticədə sututarlarda və çaylarımızda ekoloji pozuntulara səbəb olmuşdur.
İşğaldan azad olmuş ərazilər həm də zəngin yeraltı qaynaqlarına malikdir. Kiçik Qafqazdan axan çayların Qarabağ düzünə açıldığı sahələrdə yaratdığı, dərəli-təpəli səthi malik gətirmə konusları və ətraf sahələrdəki yeraltı sulardan suvarmada və məişətdə istifadə etmək məqsədi ilə vaxtilə 1000-ə yaxın subartezian quyusu qazılmışdı. Бu quyuların azad edilməsi də əhalinin su təminatına kömək edəcəkdir.
Yaxın gələcəkdə Qarabağın bütün ərazisi işğaldan azad olduqdan sonra buradakı şirin su ehtiyatlarının müasir dövrün tələblərinə uyğun olaraq yenidən qiymətləndirilməsinin həyata keçirilməsi vacibdir.
Akademik Ramiz Məmmədov