Azərbaycan coğrafiya elminin görkəmli nümayəndəsi olan Zahid Səttar oğlu Məmmədov 1947-ci ildə Zəngilan rayonunun Baharlı kəndində ziyalı ailəsində anadan olub. Böyük Baharlılar nəslindən olan Zahid Məmmədov 1966-cı ildə orta məktəbi, 1970-ci ildə ali məktəbi, 1976-cı ildə Azərbaycan MEA Coğrafiya İnstitutunda əyani aspiranturanı bitirmişdir. O, 1980-ci ildə namizədlik dissertasiya işini, 1996-cı ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək coğrafiya elmləri doktoru alimlik elmi dərəcəsini, 2005-ci ildə professor elmi adını almışdır. Professor Zahid Məmmədov 200-ə yaxın elmi-kütləvi və 8 elmi sanballı kitabın müəllifidir. Onun yazdığı “XXI əsr: İqtisadi inkişafın nəqliyyat faktoru” Bakı, 2002, “Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri” Bakı, 2004, “Regionların iqtisadi inkişaf problemləri” Bakı, 2007, “Təbiətdən istifadənin iqtisadiyyatı” Bakı, 2010, “Azərbaycan Respublikasının region ölkələrinə inteqrasiyası” Bakı, 2015, “Naxçıvanın təbii sərvətləri” Bakı, 1993, “Böyük Qafqazın təbii resursları” Bakı, 1990, “Ətraf mühitin iqtisadiyyatı” Bakı, 2019 Azərbaycan elminə böyük töhfələr vermişdir. Müəllifin qələmə aldığı 8-ci kitabı olan “Ətraf mühitin iqtisadiyyatı” adlı dərs vəsaiti iqtisad yönümlü ali məktəblərin bakalavr pilləsində oxuyan tələbələr və həmçinin, magistrlər üçün nəzərdə tutulmuşdur. Dərsliyin elmi redaktoru akademik Ziyad Səmədzadə, rəyçilər isə Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov, coğrafiya elmləri doktoru, professor Ağazeynal Qurbanzadə, iqtisad elmləri doktoru, professor Amil Məhərrəmov, coğrafiya elmləri doktoru Nəriman Paşayevdir. Dərs vəsaiti 19 fəsildən və 350 səhifədən ibarət olmaqla iqtisad yönümlü ali məktəblərdə tədris üçün nəzərdə tutulmuşdur. “Ətraf mühitin iqtisadiyyatı elminin nəzəri və metodoloji əsasları” adlanan birinci fəsildə müəllif ölkə və xarici ölkə mütəxəssislərinin tədqiqatlarına əsaslanaraq kursun məzmunu, elmi-nəzəri əsasları, məqsəd və vəzifələri, predmeti, metodologiyası və elmlər sistemində tutduğu mövqe elmi dəlillərlə əsaslandırılır. Xüsusilə iqtisad elminin görkəmli nümayəndələri olan Adam Smit, David Rikardo, C.Keyns və b. ətraf mühit və təbii sərvət haqqında irəli sürdüyü ideyalardan istifadə etməklə bu elmin nəzəri əsasları və metodları müəyyənləşdirilir. “Ətraf mühitlə cəmiyyətin qarşılıqlı əlaqələrinin iqtisadi əsasları” adlanan ikinci fəsildə ətraf mühitin “məkan və zaman” sistemində formalaşması və inkişaf qanunauyğunluqları araşdırılır. Ətraf mühitin formalaşmasında mühüm rol oynayan geoloji eralarla cəmiyyətin inkişafında əsas götürülən ictimai-iqtisadi formasiyaların dialektik inkişaf qanunauyğunluqları müəyyənləşdirilir. Eyni zamanda, ətraf mühitin formalaşmasında və təbii resursların əmələ gəlməsində geoloji eraların: Arxey, Protezoy, Palezoy, Mezazoy, Kaynazoy eraları və onların dövrlərinin mühüm rolu olmuşdur. Təbiət sanki bu geoloji eralarda sonrakı cəmiyyətin və yaxud istehlakçısının meydana gəlməsi üçün təbii sərvətlərin əmələ gəlməsinə təkan vermişdir. Cəmiyyət özünün təkan mərhələsində beş ictimai-iqtisadi formasiyadan keçib gəlmiş təbiətin bəxş etdiyi sərvətlərdən istifadə etməklə özünün həyat tərzini yaratmış və məhsuldar qüvvələri inkişaf etdirmişdir. Müəllif cəmiyyətin və ətraf mühitin inkişaf dinamikasını müqayisəli şəkildə təhlil etmiş, cəmiyyətin inkişafı nəticəsində antropogen amillərin ətraf mühitə təsirinin intensivləşməsi prosesini iqtisadi cəhətdən əsaslandırmışdır. “Ətraf mühit və davamlı iqtisadi inkişaf “ adlı üçüncü fəsildə ətraf mühitdən istifadənin dayanıqlı inkişaf qanunauyğunluqları, həmçinin təbiət-cəmiyyət sisteminin davamlı inkişaf parametrləri təhlil olunur. Ətraf mühitdən istifadəyə dair qlobal və regional səviyyədə təbii sərvətlərin təsnifatı aparılmış, iqtisadi sahələrin inkişafında olan mövqeyi iqtisadi baxımdan qiymətləndirilir. İqtisadi sahələrin inkişafında mühüm rol oynayan yanacaq enerji, kimya, sənaye, metallurgiya, tikinti və s. sənaye əhəmiyyətli resursların təsnifatlaşdırılması aparılmışdır. Davamlı inkişafın iqtisadi əsasları olan Litosfer, Hidrosfer, Atmosfer və Biosferdə olan resursların potensialı əsas götürülməklə kompleks istifadə olunması istiqamətləri müəyyənləşdirilir. “Ətraf mühitin resurs potensialı və innovativ iqtisadi inkişaf” adlanan dördüncü fəsildə müəllif iqtisadi inkişafın əsasını təşkil edən iqlim, torpaq, su, meşə resurslarının qlobal və regional miqyasda təhlilini aparmış, iqtisadi sahələrin inkişafında olan təsir mexanizmləri aşkar olunmuşdur. Qeyd olunan resursların tarixən cəmiyyətin məskunlaşmasında və məhsuldar qüvvələrin inkişafında, istehsal sahələrinin ərazi təşkilində mühüm əhəmiyyət kəsb edən resurslar mənbəyi kimi qiymətləndirilir. Torpaq və su ehtiyatlarının təhlilindən aydın görünür ki, Yer kürəsinin ümumi sahəsi 510 milyon kvadratkilometr olmaqla bunun 361 milyon kvadratkilometri dünyanın su ehtiyatlarının və 149 milyon kvadratkilometri isə quru sahənin payına düşür. Təhlillərdən aydın olur ki, bəşəriyyət yeyinti məhsullarına olan tələbatın 90 faizdən çoxunu torpaqdan alır. Dünyanın ümumi torpaq fondunda suvarma şəbəkəli torpaqlar kənd təsərrüfatına yararlı torpaqların 55,3 faizini təşkil edir. Bu fəsildə qlobal miqyasda torpaqdan istifadənin iqtisadi göstəriciləri əks olunmuşdur. “Enerji əhəmiyyətli resursların iqtisadiyyatı” adlı beşinci fəsildə enerji əhəmiyyətli təbii resursların geoloji inkişaf tarixindən asılı olaraq Yer kürəsində paylanması qanunauyğunluqları araşdırılır. Enerji əhəmiyyətli resursların təsnifatı və iki istiqamətdə təhlili aparılmışdır. Maye yanacaq ehtiyatlarına gəldikdə isə dünyanın ümumi neftlə zəngin olan sahəsi 45 milyon kvadratkilometrdən artıqdır. Ümumi ehtiyatı isə 150 milyard tondan artıq olduğu müəyyənləşdirilir. Region ölkələri üzrə maye enerji resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri dərs vəsaitində təhlil olunmuş və enerji tutumlu iqtisadi sahələrin inkişafında olan mövqeyi iqtisadi cəhətdən qiymətləndirilir. Həmçinin, iqtisadi sahələrin inkişafında hidroenerji əhəmiyyətli resursların rolu araşdırılır. Hidroenerji ehtiyatları dünya energetika sənayesinin inkişafında təsiredici qüvvəyə malikdir. Aparılan təhlillərdən aydın olur ki, dünya hidroenerji ehtiyatı 9,7 mlrd. kvt. saat olub, onun 27,3 faizi Xarici Asiyanın, 19,4 faizi Latın Amerikasının, 32,8 faizi Şimali Amerika və Afrikanın, 2,3 faizi Xarici Avropanın, 11,2 faizi Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin, 2 faizi isə Avstraliya və Okeaniyanın payına düşür. “Metallurgiya sənaye əhəmiyyətli təbii resursların iqtisadiyyatı” adlanan altıncı fəsildə metallurgiya sənaye əhəmiyyətli təbii resursların ərazi üzrə paylanması qanunauyğunluqları elmi cəhətdən təhlil olunur və iqtisadi qiymətləndirilməsi müəyyənləşdirilir. Metallurgiya sənaye əhəmiyyətli təbii resursların qlobal və regional istiqamətdə təhlillərindən aydın olur ki, dünya dəmir filizinin ümumi ehtiyatı 400 milyard tondan artıq olduğu müəyyənləşdirilmiş, təsdiq olunmuş ehtiyatı isə 250 milyard ton aşkar edilmişdir. Metallurgiya sənaye əhəmiyyətli təbii resursların təsnifatı aparılmış, qara və əlvan metallurgiyanın inkişafı üçün iqtisadi səmərəliliyin parametrləri müəyyən olunur. “Kimya və meşə-kimya sənaye əhəmiyyətli resursların iqtisadiyyatı” adlı 7- ci fəsildə kimya sənaye əhəmiyyətli təbii resursların ətraf mühitdə zəngin potensialının olmasına baxmayaraq, bu növ resursların ilkin istehsalçıları Avropanın region ölkələri olmuş, sonradan isə həmin resursların müntəzəm şəkildə istehsal dövriyyəsinə cəlb olunması dünyanın bir çox ölkələrində sürətli inkişafa təsir göstərmişdir. Kimya sənaye əhəmiyyətli təbii resurslar qrupuna neft təbii qaz, kokslaşan kömür, yod, brom, mineral duzların təhlili aparılmış, iqtisadi potensialı dəyərləndirilməklə kimya sənaye sahələrinin inkişafında olan mövqeyi əsaslandırılır. Meşə-kimya sənayesinin inkişafı ilə əlaqəli təhlillər aparılmış, yerin meşə örtüyünün 4 milyon hektardan artıq olması kimya sənayesinin çoxsahəli inkişafına göstərdiyi təsir mexanizmləri çox qabarıq şəkildə aşkar olunur. Aparılan təhlillərdən aydın olur ki, meşə-kimya sənaye əhəmiyyətli meşələrin 60 faizdən çoxu 9 əsas ölkənin payına düşür ki, həmin ölkələr qrupuna Rusiya, Braziliya, ABŞ, Kanada, Çin, Konqo, Anqola və Perunu aid etmək olar. “Aqrar sənaye resurslarının iqtisadiyyatı” adlı səkkizinci fəsildə əhalinin zəruri istehlak məhsullarına olan tələbatın ödənilməsində kənd təsərrüfatı əhəmiyyətli resursların iqtisadi qiymətləndirilməsi əsaslandırılır. Bunun üçün kənd təsərrüfatı əhəmiyyətli resursların ərazinin təbii-iqtisadi şəraitindən asılı olaraq təsnifatı aparılmış, təsərrüfatın ixtisaslaşmasına dair əsaslı təkliflər irəli sürülür. Dünyanın dağlıq və düzənlik əraziləri üçün regional istiqamətdə təhlillər aparılmış təsərrüfatın ixtisaslaşmasında oxşar və fərqli cəhətlər aşkar olunur. “Kurort-rekreasiya və turizm resurslarının iqtisadiyyatı” adlanan doqquzuncu fəsildə kurort-rekreasiya təsərrüfatının formalaşması tədqiq olunmuş və rekreasiya resurslarının təsnifatı aparılmışdır. Başqa təbii resurslardan fərqli olaraq, kurort-rekreasiya əhəmiyyətli təbii resurslar əhalinin sağlamlığına xidmət edən və əmək qabiliyyətinin yüksəldilməsinə təsir edən təbii resurslar qrupundan ibarətdir. Dünya təcrübəsində rekreasiya əhəmiyyətli təbii resursların qiymətləndirilməsində bal sisteminin tətbiqidir. Həmin bal sistemi 1 baldan 5 baladək qəbul olunmaqla, hər bal sisteminin ərazinin rekreasiya ehtiyatlarından asılı olaraq qiymətləndirilməsi aparılmışdır. Kurort-rekreasiya ehtiyatları xarakterinə görə digər təbii resurslardan fərqlənərək iqlim, rekreasiya landşaftları, narın qum, mineral sular, müalicə əhəmiyyətli palçıqlar, tarixi mədəni və tarixi təbii abidələr, maddi tələbatı təmin edən təsərrüfat sahələri və s. daxil edilir. “Təbii resursların istifadəsində ərzaq təminatının təhlükəsizliyi” adlı onuncu fəsildə ilk növbədə ərzaq yönümlü resursların iqtisadi təhlükəsizliyini təmin etmək üçün ətraf mühitdə mövcud olan resurslardan səmərəli şəkildə istifadə olunması və onun gələcək nəsillərə təhlükəsiz çatdırılması məsələləri ön plana çəkilir. Ərzaq yönümlü təbii resurslar istifadə xarakterinə görə üç qrupda cəmləşdirilir: birinci qrup resurslara istehsal dövriyyəsinə yönəldilmədən birbaşa əhalinin istehlakını təmin edən resurslardır ki, bunlara su, hava, günəş enerjisi daxil edilir; ikinci qrup resurslara isə ətraf mühitdə olan yabanı bitkilər, istehlak üçün lazım olan ov heyvanlarıdır; üçüncü qrupa daxil olan resurslara isə bilavasitə insanın əməli fəaliyyətində ətraf mühitdən istifadə olunmaqla əldə olunan məhsullardır. “Təbii resurslardan kompleks istifadənin qlobal iqtisadi istiqamətləri” adlı on birinci fəsildə insan cəmiyyətinin tələbatını təmin edən qlobal istiqamətli təbii resursların qlobal və regional sahədə təhlilləri aparılır. Qlobal xarakterli təbii resurslar sırasına iqlim, torpaq, su, enerji ehtiyatları, həmçinin ərzaq təhlükəsizliyi və ekoloji təhlükəsizlik daxil edilir. Qeyd olunan təbii resursların insanın təsərrüfat sahələrində səmərəli şəkildə istifadə olunması onların tükənməsinin və ekoloji baxımdan mühafizə olunması problemləri araşdırılır. Qlobal və regional istiqamətdə təhlillər apararkən müəllif ölkə və xarici ölkə mütəxəssislərinin tədqiqatlarına istinad edərək qlobal xarakterli resursların təsnifatını vermiş, iqtisadi qiymətləndirilməsi aparılmışdır. Xüsusilə enerji əhəmiyyətli resurslardan səmərəli istifadə olunması, OPEK üzvü olan ölkələrin neft yataqlarının ərazi üzrə bölgüsü aparılmış və istismara cəlb olunması imkanları təhlil olunmuşdur. “Ətraf mühitdən istifadənin hüquqi əsasları” adlı on ikinci fəsildə təbii resurslardan istifadənin hüquqi əsaslarının mahiyyəti, beynəlxalq səviyyədə qəbul olunmuş hüquqi normalar, “Ətraf mühitdən istifadənin iqtisadi ekoloji əsasları” adlanan on üçüncü fəsildə isə ekologiyalaşdırma siyasətinin mahiyyəti və xüsusiyyətləri araşdırılır. “Bioloji resursların iqtisadi qiymətləndirilməsi” adlı on dördüncü fəsildə bioloji resursların təsnifatı, bioloji müxtəlifliyin sosial-iqtisadi konsepsiyası, istifadənin səmərəlilik aspektləri, “Azərbaycanın təbii resurslarının iqtisadi potensialı” adlı on beşinci fəsildə isə ərazinin geoloji inkişaf tarixi ilə əlaqəli olaraq təbii resursların ərazi üzrə yerləşməsi qanunauyğunluqları elmi əsaslarla təhlil olunmuşdur. “Azərbaycan yanacaqenerji resurslarının iqtisadi potensialı və elmi-praktiki əhəmiyyəti” adlanan on altıncı fəsildə enerji resurslarının təsnifatı aparılmış və iqtisadi əhəmiyyəti əsaslandırılır. “Ətraf mühitdən istifadənin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq” adlı on yeddinci fəsildə ətraf mühitdən istifadədə beynəlxalq əməkdaşlığın parametrləri Azərbaycanın təbii resurslarından istifadə zamanı beynəlxalq əməkdaşlığın iqtisadi əsasları təhlil olunur. Bir çox beynəlxalq layihələrin həyata keçirilməsi enerji sahəsində, aqrar sahədə və digər sənaye əhəmiyyətli təbii resursların istifadəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Bankının Kənd Təsərrüfatı üzrə Beynəlxalq Fondu (İFAD), Beynəlxalq İnkişaf Assosiasiyası (GTZ), Türk İş Birliyi və Kalkınma Aynası (TİKA) və s. beynəlxalq təşkilatlarla iqtisadi əməkdaşlığın yaradılması iqtisadi sahədə nailiyyətlərin inkişafına göstərdiyi təsir araşdırılır. “Ətraf mühitin istifadəsində nəqliyyat strukturunun rolu” adlanan on səkkizinci fəsildə təbii resursların istifadəsində nəqliyyatın ayrı-ayrı sahələrinin iqtisadi qiymətləndirilməsi araşdırılır. Nəqliyyat məhsuldar qüvvələrin ən vacib tərkib hissəsi olmaqla bütün cəmiyyətlərdə nəqliyyatın ən sadə formasından başlamış müasir nəqliyyatın bütün sahələri təhlil olunur. “Təbii fəlakətlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi” adlı son fəsildə təbii fəlakətlərin ətraf mühitə olan təsiri araşdırılır. Təbii fəlakətlərin ətraf mühitə göstərdiyi təsir iki əsas faktorla müəyyənləşdirilir. Ekzogen amillər nəticəsində əmələ gələn təbii fəlakətlər; endogen amillər nəticəsində yaranan təbii fəlakətlər. Aparılan təhlillərdən belə nəticəyə gəlmək olur ki, professor Zahid Məmmədovun uzunmüddətli tədqiqatlar əsasında yazdığı “Ətraf mühitin iqtisadiyyatı” adlı kitabı yalnız ali məktəb tələbələri, doktorantlar və müəllimlər üçün dərs vəsaiti olmayıb, təsərrüfat sahələrində çalışan, ətraf mühitlə daim təmasda olan hər bir şəxsin stolüstü kitabı olmalıdır. Ðàìèç ÌßÌÌßÄÎÂ, Àêàäåìèê. “ßòðàô ìöùèòèí èãòèñàäèééàòû” Dağlıq Qarabağ müharibəsinin canlı şahidi və fəal iştirakçısı Əlövsət Qasımov barədə qısa məlumat verməzdən əvvəl ilk öncə, 80- ci illərin sonlarında baş verən proseslərə qısa olaraq nəzər salaq. Xalqımız Qarabağ faciəsinin ağrı-acılarını yaşayır, Azərbaycanın dilbər guşəsi Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistanla Azərbaycan arasında 1994-cü ilin mayında imzalanmış Bişkek protokolu - atəşkəs sazişindən sonra ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə tərəflər arasında danışıqlar davam etdirilir. Xalqımız qəsb edilmiş torpaqlarımızın erməni əsarətindən azad edilməsində möhtərəm Prezidentimiz İlham Əliyevin səylərinin real və müsbət nəticələnəcəyinə böyük inam bəsləyir. Həmin qanlı-qadalı illərin canlı şahidi, Qarabağ qazisi, ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak etmiş qeyrətli vətəndaşımız, keçmiş döyüşçü Əlövsət Qasımov 1988-1996-cı illər ərzində Qarabağda gedən ağır döyüşlərdə erməni faşistlərinin xalqımızın başına gətirdiyi müsibətlərin canlı şahididir. Əlövsət müəllim qanlı faciələri əks etdirən fotoşəkilləri, xatirələri, vətənpərvərlik fəaliyyətini göstərən sənədləri ilə özünü respublikamızda millət sevən insan kimi tanıtmışdır. Onun fədakarlığı haqqında müxtəlif mətbu orqanlarında məqalələr, müsahibələr, məlumatlar dərc edilmiş, bir neçə televiziya və radio verilişləri hazırlanmışdır. Əlövsət Qasımov Qarabağ döyüşləri zamanı özünün vətənpərvərlik əməlləri ilə hamının hörmətini qazanmışdır. Çünki bu qeyrətli Vətən övladının 8 illik döyüş yolu, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki 12 illik ərzində müstəsna fəaliyyəti gözlərimiz qarşısında baş vermişdir. Əlövsət Zöhrab oğlu Qasımov 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunun Yengicə kəndindən məcburi qaçqın düşmüşdür. Tərtər rayon Bəyimsarov kəndində Kənd Mədəniyyət Evinin direktoru işləmişdir. Qarabağ müharibəsinin ilk günlərindən 4 qardaşı ilə birlikdə könüllü olaraq döyüş əməliyyatlarında 8 il yaxından iştirak edib, misli görünməmiş qəhrəmanlıqları ilə döyüşçülərə nümunə olmuşdur. 1991-1992-ci ildə o, bir neçə dəfə Naxçıvana gedərək, ümummilli lider Heydər Əliyevlə görüşmüş, ulu öndərin dəyərli tövsiyələri və göstərişləri ilə müharibənin dəhşətli faciələrinin sənədləşdirilməsi, tarixin saxtalaşdırılmaması naminə, real faktların gələcək nəsillərə çatdırılması üçün yorulmadan fəaliyyət göstərmişdir. Erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlərimizi döyüş meydanlarından çıxararaq, şəxsiyyətlərini müəyyən etmişdir. Onlardan 950 şəhidin nəşi məhz Əlövsət Qasımovun təşkilatçılığı ilə ailələrinə göndərilmişdir. O, eləcə də erməni vəhşiləri tərəfindən tanınmaz hala salınmış, başı kəsilərək min bir işgəncəyə məruz qalmış şəhidlərimizin hər birinin fotoşəklini çəkərək, erməni vandalizmini ifşa edən çox qiymətli tarixi fotosalnamə yaratmışdır. Müharibənin dəhşətlərini öz gözləri ilə görən, hər bir şəhidin faciəsini onunla bərabər qəlbən yaşayan Ə.Qasımov canlı şahidi və iştirakçısı olduğu döyüşlərin hər anını lentə alaraq, tarixi düşmənimiz olan ermənilərin qəddarlıqlarını bu gün bütün dünyada inkaredilməz faktlarla ifşa edir. Onun çəkdiyi fotoşəkillər dünyanın müxtəlif ölkələrində, həmçinin öz vətənimizdə sərgilərdə dəfələrlə nümayiş etdirilmişdir. Eyni zamanda, Əlövsət Qasımov erməni ordusunun əsgərlərinə məxsus 1017 avtomat silahı döyüş gedən ərazilərdən toplayaraq, rəsmi sənədlərlə Azərbaycan ordusuna təhvil vermişdir. Bundan başqa, o, Qarabağ döyüşlərində 38 hərbi cinayətin üstünü açmışdır. “General Əli bəy” adı ilə tanınan bu məşhur qəhrəman döyüşçünün cəbhədə göstərdiyi misilsiz xidmətləri: “Müharibənin canlı ensiklopediyası”, “Erməni vandalizmi”, “Başsız meyit,” “Şahid şəhidlər haqqında,” “Qanlı köynəklər”, “Ölümlə üz-üzə”, “Sonsuz erməni vandalizminin iç üzü”, “Oğurlanmış tarixi soyqırım”, “Sağlamlığın sirri”, “Erməni terroru”, “Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası”, “Heydər Əliyevin həyatının hər anı bir məktəbdir” adlı kitablarda öz əksini tapmışdır. Onun böyük vətənpərvərlik fəaliyyətindən bəhs edən “Ruhumun harayı” və “Qarabağ çağırır bizi” sənədli filmlər respublikamızda və xarici ölkələrdə nümayiş olunur. Ə.Qasımov 1996-cı ildə ordu sıralarından tərxis olunub. O, xalqını, Vətənini, dövlətini, Prezidentini sevən əsl Vətən təəssübkeşidir. Belə bir vətənpərvər oğul Qarabağ müharibəsində erməni vəhşiliyinin qurbanı olmuş şəhidlərimizin döyüş meydanlarından çıxarılmasında misli görünməmiş işlər görmüşdür. Amma, düşünməmişdir ki, bu işlərdə ağır yoluxucu infeksiyaya yoluxa bilər. Ə.Qasımov Qarabağda çəkdiyi fotolardan ibarət İstanbul şəhərində 11 günlük sərgi keçirərkən onun xəstəliyi şiddətlənmiş və həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşmışdı. Vətənpərvər döyüşçü 19 ildir ki, Suraxanı rayonunda 267 saylı uşaq bağçasında ailəsi ilə birlikdə yaşayır. Hazırda ümummilli liderimizlə bağlı “Heydər Əliyevin həyatının hər anı bir məktəbdir” memuarı üzərində işləyir. O öz şəxsi vəsaiti hesabına 22 iyul 2013-cü ildə Nəsimi rayonu, 20 Yanvar küçəsi, 2/51, mənzil 18 A ünvanda 110 kvadratmetr yerdə “Erməni vandalizminin iç üzü” adlı daimi fotosərgi açıb. Siz hər zaman bu sərgiylə yaxından tanış ola bilərsiniz. Əlövsət Qasımov “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin təsisçisi və sədridir. O, 2014-cü ilin 23-26 fevral tarixlərində, Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Türkiyənin Van və İğdır şəhərlərində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində öz fotosərgiləri ilə türk xalqlarına Qarabağda ermənilərin törətdikləri vəhşilikləri ətraflı çatdırmışdır. Eyni zamanda, Van və İğdır şəhərlərində keçirilən tədbirlərdə Əlövsət Qasımovun çıxışları maraqla qarşılanmışdır. Onu da qeyd edək ki, 2007-ci ildə təsis edilmiş “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” İctimai Birliyi 2017-ci ilin iyun ayının 29-dan etibarən “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyi adı altında öz fəaliyyətini davam etdirir. Birliyin nəzdində Qarabağ müharibəsində şəhid olan və erməni işğalçılarının Xocalıda və Qarabağda törətdikləri vəhşiliklərdən bəhs edən fotoşəkillərdən ibarət Şəhidlər muzeyi yaradılmışdır. Muzeyin yaradılmasında əsas məqsəd Qarabağ həqiqətlərinin nəsildən-nəslə çatdırılmasını, erməni quldurlarının xalqımıza qarşı törətdikləri terroru, misli görünməmiş dəhşətli vəhşilikləri tariximizin yaddaşına əbədi həkk etməkdən ibarətdir. Muzeydə təşkil olunan sərgilərdə orta və ali məktəblərin şagird, tələbə heyətinin, sadə vətəndaşların, ictimai xadimlərin davamlı iştirak etməsi xalqımızın bütün təbəqələrinin ölməz Şəhidlərimizin ruhuna olan sonsuz hörmət və ehtiramın bariz göstəricisidir. Muzeyin yaradılması və fəaliyyəti gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında da mühüm rol oynayır. Vurğulayım ki, bu günə qədər Şəhidlər muzeyini millət vəkilləri, general və digər təbəqələrdən ibarət 27870 nəfər ziyarət etmişdir. Muzeyə olan maraq günügündən artmaqdadır. Ayrı-ayrı idarə və təşkilatların kollektivləri tez-tez muzeydə olur, şəhidlərimizin göstərdikləri qəhrəmanlıq, şücaətləri ilə bir daha yaxından tanış olur, onların ruhuna, göstərdikləri qəhrəmanlıqlara dərin hörmətlərini bildirirlər. Muzeydə təşkil olunmuş tədbirdə Xətai rayon Su-kanal İdarəsinin çoxlu sayda işçiləri də iştirak edirdi. Onlara muzey və onun fəaliyyəti, Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid oğullarımız barədə o döyüşlərdə iştirak etmiş və öz həyatını böyük təhlükə altında qoyaraq şücaətlər göstərmiş “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Əlövsət Qasımov geniş məlumat verdi. Onlar muzeydə şəhidlərin qəhrəmanlıq salnaməsini özündə əks etdirən stend-fotoşəkillərə baxdılar. Muzeylə tanışlıq onlarda böyük təəssürat yaratdı. ßëè ÑÀÄÛÃÎÂ, “Ðåñïóáëèêà”. Øÿùèäëÿðèí õàòèðÿñèíè ÿáÿäèëÿøäèðÿí ìóçåé 6 10 ñåíòéàáð 2019-úó èë ÐÅÑÏAzərbaycan coğrafiya elminin görkəmli nümayəndəsi olan Zahid Səttar oğlu Məmmədov 1947-ci ildə Zəngilan rayonunun Baharlı kəndində ziyalı ailəsində anadan olub. Böyük Baharlılar nəslindən olan Zahid Məmmədov 1966-cı ildə orta məktəbi, 1970-ci ildə ali məktəbi, 1976-cı ildə Azərbaycan MEA Coğrafiya İnstitutunda əyani aspiranturanı bitirmişdir. O, 1980-ci ildə namizədlik dissertasiya işini, 1996-cı ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək coğrafiya elmləri doktoru alimlik elmi dərəcəsini, 2005-ci ildə professor elmi adını almışdır. Professor Zahid Məmmədov 200-ə yaxın elmi-kütləvi və 8 elmi sanballı kitabın müəllifidir. Onun yazdığı “XXI əsr: İqtisadi inkişafın nəqliyyat faktoru” Bakı, 2002, “Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri” Bakı, 2004, “Regionların iqtisadi inkişaf problemləri” Bakı, 2007, “Təbiətdən istifadənin iqtisadiyyatı” Bakı, 2010, “Azərbaycan Respublikasının region ölkələrinə inteqrasiyası” Bakı, 2015, “Naxçıvanın təbii sərvətləri” Bakı, 1993, “Böyük Qafqazın təbii resursları” Bakı, 1990, “Ətraf mühitin iqtisadiyyatı” Bakı, 2019 Azərbaycan elminə böyük töhfələr vermişdir. Müəllifin qələmə aldığı 8-ci kitabı olan “Ətraf mühitin iqtisadiyyatı” adlı dərs vəsaiti iqtisad yönümlü ali məktəblərin bakalavr pilləsində oxuyan tələbələr və həmçinin, magistrlər üçün nəzərdə tutulmuşdur. Dərsliyin elmi redaktoru akademik Ziyad Səmədzadə, rəyçilər isə Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov, coğrafiya elmləri doktoru, professor Ağazeynal Qurbanzadə, iqtisad elmləri doktoru, professor Amil Məhərrəmov, coğrafiya elmləri doktoru Nəriman Paşayevdir. Dərs vəsaiti 19 fəsildən və 350 səhifədən ibarət olmaqla iqtisad yönümlü ali məktəblərdə tədris üçün nəzərdə tutulmuşdur. “Ətraf mühitin iqtisadiyyatı elminin nəzəri və metodoloji əsasları” adlanan birinci fəsildə müəllif ölkə və xarici ölkə mütəxəssislərinin tədqiqatlarına əsaslanaraq kursun məzmunu, elmi-nəzəri əsasları, məqsəd və vəzifələri, predmeti, metodologiyası və elmlər sistemində tutduğu mövqe elmi dəlillərlə əsaslandırılır. Xüsusilə iqtisad elminin görkəmli nümayəndələri olan Adam Smit, David Rikardo, C.Keyns və b. ətraf mühit və təbii sərvət haqqında irəli sürdüyü ideyalardan istifadə etməklə bu elmin nəzəri əsasları və metodları müəyyənləşdirilir. “Ətraf mühitlə cəmiyyətin qarşılıqlı əlaqələrinin iqtisadi əsasları” adlanan ikinci fəsildə ətraf mühitin “məkan və zaman” sistemində formalaşması və inkişaf qanunauyğunluqları araşdırılır. Ətraf mühitin formalaşmasında mühüm rol oynayan geoloji eralarla cəmiyyətin inkişafında əsas götürülən ictimai-iqtisadi formasiyaların dialektik inkişaf qanunauyğunluqları müəyyənləşdirilir. Eyni zamanda, ətraf mühitin formalaşmasında və təbii resursların əmələ gəlməsində geoloji eraların: Arxey, Protezoy, Palezoy, Mezazoy, Kaynazoy eraları və onların dövrlərinin mühüm rolu olmuşdur. Təbiət sanki bu geoloji eralarda sonrakı cəmiyyətin və yaxud istehlakçısının meydana gəlməsi üçün təbii sərvətlərin əmələ gəlməsinə təkan vermişdir. Cəmiyyət özünün təkan mərhələsində beş ictimai-iqtisadi formasiyadan keçib gəlmiş təbiətin bəxş etdiyi sərvətlərdən istifadə etməklə özünün həyat tərzini yaratmış və məhsuldar qüvvələri inkişaf etdirmişdir. Müəllif cəmiyyətin və ətraf mühitin inkişaf dinamikasını müqayisəli şəkildə təhlil etmiş, cəmiyyətin inkişafı nəticəsində antropogen amillərin ətraf mühitə təsirinin intensivləşməsi prosesini iqtisadi cəhətdən əsaslandırmışdır. “Ətraf mühit və davamlı iqtisadi inkişaf “ adlı üçüncü fəsildə ətraf mühitdən istifadənin dayanıqlı inkişaf qanunauyğunluqları, həmçinin təbiət-cəmiyyət sisteminin davamlı inkişaf parametrləri təhlil olunur. Ətraf mühitdən istifadəyə dair qlobal və regional səviyyədə təbii sərvətlərin təsnifatı aparılmış, iqtisadi sahələrin inkişafında olan mövqeyi iqtisadi baxımdan qiymətləndirilir. İqtisadi sahələrin inkişafında mühüm rol oynayan yanacaq enerji, kimya, sənaye, metallurgiya, tikinti və s. sənaye əhəmiyyətli resursların təsnifatlaşdırılması aparılmışdır. Davamlı inkişafın iqtisadi əsasları olan Litosfer, Hidrosfer, Atmosfer və Biosferdə olan resursların potensialı əsas götürülməklə kompleks istifadə olunması istiqamətləri müəyyənləşdirilir. “Ətraf mühitin resurs potensialı və innovativ iqtisadi inkişaf” adlanan dördüncü fəsildə müəllif iqtisadi inkişafın əsasını təşkil edən iqlim, torpaq, su, meşə resurslarının qlobal və regional miqyasda təhlilini aparmış, iqtisadi sahələrin inkişafında olan təsir mexanizmləri aşkar olunmuşdur. Qeyd olunan resursların tarixən cəmiyyətin məskunlaşmasında və məhsuldar qüvvələrin inkişafında, istehsal sahələrinin ərazi təşkilində mühüm əhəmiyyət kəsb edən resurslar mənbəyi kimi qiymətləndirilir. Torpaq və su ehtiyatlarının təhlilindən aydın görünür ki, Yer kürəsinin ümumi sahəsi 510 milyon kvadratkilometr olmaqla bunun 361 milyon kvadratkilometri dünyanın su ehtiyatlarının və 149 milyon kvadratkilometri isə quru sahənin payına düşür. Təhlillərdən aydın olur ki, bəşəriyyət yeyinti məhsullarına olan tələbatın 90 faizdən çoxunu torpaqdan alır. Dünyanın ümumi torpaq fondunda suvarma şəbəkəli torpaqlar kənd təsərrüfatına yararlı torpaqların 55,3 faizini təşkil edir. Bu fəsildə qlobal miqyasda torpaqdan istifadənin iqtisadi göstəriciləri əks olunmuşdur. “Enerji əhəmiyyətli resursların iqtisadiyyatı” adlı beşinci fəsildə enerji əhəmiyyətli təbii resursların geoloji inkişaf tarixindən asılı olaraq Yer kürəsində paylanması qanunauyğunluqları araşdırılır. Enerji əhəmiyyətli resursların təsnifatı və iki istiqamətdə təhlili aparılmışdır. Maye yanacaq ehtiyatlarına gəldikdə isə dünyanın ümumi neftlə zəngin olan sahəsi 45 milyon kvadratkilometrdən artıqdır. Ümumi ehtiyatı isə 150 milyard tondan artıq olduğu müəyyənləşdirilir. Region ölkələri üzrə maye enerji resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri dərs vəsaitində təhlil olunmuş və enerji tutumlu iqtisadi sahələrin inkişafında olan mövqeyi iqtisadi cəhətdən qiymətləndirilir. Həmçinin, iqtisadi sahələrin inkişafında hidroenerji əhəmiyyətli resursların rolu araşdırılır. Hidroenerji ehtiyatları dünya energetika sənayesinin inkişafında təsiredici qüvvəyə malikdir. Aparılan təhlillərdən aydın olur ki, dünya hidroenerji ehtiyatı 9,7 mlrd. kvt. saat olub, onun 27,3 faizi Xarici Asiyanın, 19,4 faizi Latın Amerikasının, 32,8 faizi Şimali Amerika və Afrikanın, 2,3 faizi Xarici Avropanın, 11,2 faizi Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin, 2 faizi isə Avstraliya və Okeaniyanın payına düşür. “Metallurgiya sənaye əhəmiyyətli təbii resursların iqtisadiyyatı” adlanan altıncı fəsildə metallurgiya sənaye əhəmiyyətli təbii resursların ərazi üzrə paylanması qanunauyğunluqları elmi cəhətdən təhlil olunur və iqtisadi qiymətləndirilməsi müəyyənləşdirilir. Metallurgiya sənaye əhəmiyyətli təbii resursların qlobal və regional istiqamətdə təhlillərindən aydın olur ki, dünya dəmir filizinin ümumi ehtiyatı 400 milyard tondan artıq olduğu müəyyənləşdirilmiş, təsdiq olunmuş ehtiyatı isə 250 milyard ton aşkar edilmişdir. Metallurgiya sənaye əhəmiyyətli təbii resursların təsnifatı aparılmış, qara və əlvan metallurgiyanın inkişafı üçün iqtisadi səmərəliliyin parametrləri müəyyən olunur. “Kimya və meşə-kimya sənaye əhəmiyyətli resursların iqtisadiyyatı” adlı 7- ci fəsildə kimya sənaye əhəmiyyətli təbii resursların ətraf mühitdə zəngin potensialının olmasına baxmayaraq, bu növ resursların ilkin istehsalçıları Avropanın region ölkələri olmuş, sonradan isə həmin resursların müntəzəm şəkildə istehsal dövriyyəsinə cəlb olunması dünyanın bir çox ölkələrində sürətli inkişafa təsir göstərmişdir. Kimya sənaye əhəmiyyətli təbii resurslar qrupuna neft təbii qaz, kokslaşan kömür, yod, brom, mineral duzların təhlili aparılmış, iqtisadi potensialı dəyərləndirilməklə kimya sənaye sahələrinin inkişafında olan mövqeyi əsaslandırılır. Meşə-kimya sənayesinin inkişafı ilə əlaqəli təhlillər aparılmış, yerin meşə örtüyünün 4 milyon hektardan artıq olması kimya sənayesinin çoxsahəli inkişafına göstərdiyi təsir mexanizmləri çox qabarıq şəkildə aşkar olunur. Aparılan təhlillərdən aydın olur ki, meşə-kimya sənaye əhəmiyyətli meşələrin 60 faizdən çoxu 9 əsas ölkənin payına düşür ki, həmin ölkələr qrupuna Rusiya, Brazilya, ABŞ, Kanada, Çin, Konqo, Anqola və Perunu aid etmək olar. “Aqrar sənaye resurslarının iqtisadiyyatı” adlı səkkizinci fəsildə əhalinin zəruri istehlak məhsullarına olan tələbatın ödənilməsində kənd təsərrüfatı əhəmiyyətli resursların iqtisadi qiymətləndirilməsi əsaslandırılır. Bunun üçün kənd təsərrüfatı əhəmiyyətli resursların ərazinin təbii-iqtisadi şəraitindən asılı olaraq təsnifatı aparılmış, təsərrüfatın ixtisaslaşmasına dair əsaslı təkliflər irəli sürülür. Dünyanın dağlıq və düzənlik əraziləri üçün regional istiqamətdə təhlillər aparılmış təsərrüfatın ixtisaslaşmasında oxşar və fərqli cəhətlər aşkar olunur. “Kurort-rekreasiya və turizm resurslarının iqtisadiyyatı” adlanan doqquzuncu fəsildə kurort-rekreasiya təsərrüfatının formalaşması tədqiq olunmuş və rekreasiya resurslarının təsnifatı aparılmışdır. Başqa təbii resurslardan fərqli olaraq, kurort-rekreasiya əhəmiyyətli təbii resurslar əhalinin sağlamlığına xidmət edən və əmək qabiliyyətinin yüksəldilməsinə təsir edən təbii resurslar qrupundan ibarətdir. Dünya təcrübəsində rekreasiya əhəmiyyətli təbii resursların qiymətləndirilməsində bal sisteminin tətbiqidir. Həmin bal sistemi 1 baldan 5 baladək qəbul olunmaqla, hər bal sisteminin ərazinin rekreasiya ehtiyatlarından asılı olaraq qiymətləndirilməsi aparılmışdır. Kurort-rekreasiya ehtiyatları xarakterinə görə digər təbii resurslardan fərqlənərək iqlim, rekreasiya landşaftları, narın qum, mineral sular, müalicə əhəmiyyətli palçıqlar, tarixi mədəni və tarixi təbii abidələr, maddi tələbatı təmin edən təsərrüfat sahələri və s. daxil edilir. “Təbii resursların istifadəsində ərzaq təminatının təhlükəsizliyi” adlı onuncu fəsildə ilk növbədə ərzaq yönümlü resursların iqtisadi təhlükəsizliyini təmin etmək üçün ətraf mühitdə mövcud olan resurslardan səmərəli şəkildə istifadə olunması və onun gələcək nəsillərə təhlükəsiz çatdırılması məsələləri ön plana çəkilir. Ərzaq yönümlü təbii resurslar istifadə xarakterinə görə üç qrupda cəmləşdirilir: birinci qrup resurslara istehsal dövriyyəsinə yönəldilmədən birbaşa əhalinin istehlakını təmin edən resurslardır ki, bunlara su, hava, günəş enerjisi daxil edilir; ikinci qrup resurslara isə ətraf mühitdə olan yabanı bitkilər, istehlak üçün lazım olan ov heyvanlarıdır; üçüncü qrupa daxil olan resurslara isə bilavasitə insanın əməli fəaliyyətində ətraf mühitdən istifadə olunmaqla əldə olunan məhsullardır. “Təbii resurslardan kompleks istifadənin qlobal iqtisadi istiqamətləri” adlı on birinci fəsildə insan cəmiyyətinin tələbatını təmin edən qlobal istiqamətli təbii resursların qlobal və regional sahədə təhlilləri aparılır. Qlobal xarakterli təbii resurslar sırasına iqlim, torpaq, su, enerji ehtiyatları, həmçinin ərzaq təhlükəsizliyi və ekoloji təhlükəsizlik daxil edilir. Qeyd olunan təbii resursların insanın təsərrüfat sahələrində səmərəli şəkildə istifadə olunması onların tükənməsinin və ekoloji baxımdan mühafizə olunması problemləri araşdırılır. Qlobal və regional istiqamətdə təhlillər apararkən müəllif ölkə və xarici ölkə mütəxəssislərinin tədqiqatlarına istinad edərək qlobal xarakterli resursların təsnifatını vermiş, iqtisadi qiymətləndirilməsi aparılmışdır. Xüsusilə enerji əhəmiyyətli resurslardan səmərəli istifadə olunması, OPEK üzvü olan ölkələrin neft yataqlarının ərazi üzrə bölgüsü aparılmış və istismara cəlb olunması imkanları təhlil olunmuşdur. “Ətraf mühitdən istifadənin hüquqi əsasları” adlı on ikinci fəsildə təbii resurslardan istifadənin hüquqi əsaslarının mahiyyəti, beynəlxalq səviyyədə qəbul olunmuş hüquqi normalar, “Ətraf mühitdən istifadənin iqtisadi ekoloji əsasları” adlanan on üçüncü fəsildə isə ekologiyalaşdırma siyasətinin mahiyyəti və xüsusiyyətləri araşdırılır. “Bioloji resursların iqtisadi qiymətləndirilməsi” adlı on dördüncü fəsildə bioloji resursların təsnifatı, bioloji müxtəlifliyin sosial-iqtisadi konsepsiyası, istifadənin səmərəlilik aspektləri, “Azərbaycanın təbii resurslarının iqtisadi potensialı” adlı on beşinci fəsildə isə ərazinin geoloji inkişaf tarixi ilə əlaqəli olaraq təbii resursların ərazi üzrə yerləşməsi qanunauyğunluqları elmi əsaslarla təhlil olunmuşdur. “Azərbaycan yanacaqenerji resurslarının iqtisadi potensialı və elmi-praktiki əhəmiyyəti” adlanan on altıncı fəsildə enerji resurslarının təsnifatı aparılmış və iqtisadi əhəmiyyəti əsaslandırılır. “Ətraf mühitdən istifadənin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq” adlı on yeddinci fəsildə ətraf mühitdən istifadədə beynəlxalq əməkdaşlığın parametrləri Azərbaycanın təbii resurslarından istifadə zamanı beynəlxalq əməkdaşlığın iqtisadi əsasları təhlil olunur. Bir çox beynəlxalq layihələrin həyata keçirilməsi enerji sahəsində, aqrar sahədə və digər sənaye əhəmiyyətli təbii resursların istifadəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Bankının Kənd Təsərrüfatı üzrə Beynəlxalq Fondu (İFAD), Beynəlxalq İnkişaf Assosiasiyası (GTZ), Türk İş Birliyi və Kalkınma Aynası (TİKA) və s. beynəlxalq təşkilatlarla iqtisadi əməkdaşlığın yaradılması iqtisadi sahədə nailiyyətlərin inkişafına göstərdiyi təsir araşdırılır. “Ətraf mühitin istifadəsində nəqliyyat strukturunun rolu” adlanan on səkkizinci fəsildə təbii resursların istifadəsində nəqliyyatın ayrı-ayrı sahələrinin iqtisadi qiymətləndirilməsi araşdırılır. Nəqliyyat məhsuldar qüvvələrin ən vacib tərkib hissəsi olmaqla bütün cəmiyyətlərdə nəqliyyatın ən sadə formasından başlamış müasir nəqliyyatın bütün sahələri təhlil olunur. “Təbii fəlakətlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi” adlı son fəsildə təbii fəlakətlərin ətraf mühitə olan təsiri araşdırılır. Təbii fəlakətlərin ətraf mühitə göstərdiyi təsir iki əsas faktorla müəyyənləşdirilir. Ekzogen amillər nəticəsində əmələ gələn təbii fəlakətlər; endogen amillər nəticəsində yaranan təbii fəlakətlər. Aparılan təhlillərdən belə nəticəyə gəlmək olur ki, professor Zahid Məmmədovun uzunmüddətli tədqiqatlar əsasında yazdığı “Ətraf mühitin iqtisadiyyatı” adlı kitabı yalnız ali məktəb tələbələri, doktorantlar və müəllimlər üçün dərs vəsaiti olmayıb, təsərrüfat sahələrində çalışan, ətraf mühitlə daim təmasda olan hər bir şəxsin stolüstü kitabı olmalıdır. Ðàìèç ÌßÌÌßÄÎÂ, Àêàäåìèê. “ßòðàô ìöùèòèí èãòèñàäèééàòû” Dağlıq Qarabağ müharibəsinin canlı şahidi və fəal iştirakçısı Əlövsət Qasımov barədə qısa məlumat verməzdən əvvəl ilk öncə, 80- ci illərin sonlarında baş verən proseslərə qısa olaraq nəzər salaq. Xalqımız Qarabağ faciəsinin ağrı-acılarını yaşayır, Azərbaycanın dilbər guşəsi Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistanla Azərbaycan arasında 1994-cü ilin mayında imzalanmış Bişkek protokolu - atəşkəs sazişindən sonra ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə tərəflər arasında danışıqlar davam etdirilir. Xalqımız qəsb edilmiş torpaqlarımızın erməni əsarətindən azad edilməsində möhtərəm Prezidentimiz İlham Əliyevin səylərinin real və müsbət nəticələnəcəyinə böyük inam bəsləyir. Həmin qanlı-qadalı illərin canlı şahidi, Qarabağ qazisi, ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak etmiş qeyrətli vətəndaşımız, keçmiş döyüşçü Əlövsət Qasımov 1988-1996-cı illər ərzində Qarabağda gedən ağır döyüşlərdə erməni faşistlərinin xalqımızın başına gətirdiyi müsibətlərin canlı şahididir. Əlövsət müəllim qanlı faciələri əks etdirən fotoşəkilləri, xatirələri, vətənpərvərlik fəaliyyətini göstərən sənədləri ilə özünü respublikamızda millət sevən insan kimi tanıtmışdır. Onun fədakarlığı haqqında müxtəlif mətbu orqanlarında məqalələr, müsahibələr, məlumatlar dərc edilmiş, bir neçə televiziya və radio verilişləri hazırlanmışdır. Əlövsət Qasımov Qarabağ döyüşləri zamanı özünün vətənpərvərlik əməlləri ilə hamının hörmətini qazanmışdır. Çünki bu qeyrətli Vətən övladının 8 illik döyüş yolu, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki 12 illik ərzində müstəsna fəaliyyəti gözlərimiz qarşısında baş vermişdir. Əlövsət Zöhrab oğlu Qasımov 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunun Yengicə kəndindən məcburi qaçqın düşmüşdür. Tərtər rayon Bəyimsarov kəndində Kənd Mədəniyyət Evinin direktoru işləmişdir. Qarabağ müharibəsinin ilk günlərindən 4 qardaşı ilə birlikdə könüllü olaraq döyüş əməliyyatlarında 8 il yaxından iştirak edib, misli görünməmiş qəhrəmanlıqları ilə döyüşçülərə nümunə olmuşdur. 1991-1992-ci ildə o, bir neçə dəfə Naxçıvana gedərək, ümummilli lider Heydər Əliyevlə görüşmüş, ulu öndərin dəyərli tövsiyələri və göstərişləri ilə müharibənin dəhşətli faciələrinin sənədləşdirilməsi, tarixin saxtalaşdırılmaması naminə, real faktların gələcək nəsillərə çatdırılması üçün yorulmadan fəaliyyət göstərmişdir. Erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlərimizi döyüş meydanlarından çıxararaq, şəxsiyyətlərini müəyyən etmişdir. Onlardan 950 şəhidin nəşi məhz Əlövsət Qasımovun təşkilatçılığı ilə ailələrinə göndərilmişdir. O, eləcə də erməni vəhşiləri tərəfindən tanınmaz hala salınmış, başı kəsilərək min bir işgəncəyə məruz qalmış şəhidlərimizin hər birinin fotoşəklini çəkərək, erməni vandalizmini ifşa edən çox qiymətli tarixi fotosalnamə yaratmışdır. Müharibənin dəhşətlərini öz gözləri ilə görən, hər bir şəhidin faciəsini onunla bərabər qəlbən yaşayan Ə.Qasımov canlı şahidi və iştirakçısı olduğu döyüşlərin hər anını lentə alaraq, tarixi düşmənimiz olan ermənilərin qəddarlıqlarını bu gün bütün dünyada inkaredilməz faktlarla ifşa edir. Onun çəkdiyi fotoşəkillər dünyanın müxtəlif ölkələrində, həmçinin öz vətənimizdə sərgilərdə dəfələrlə nümayiş etdirilmişdir. Eyni zamanda, Əlövsət Qasımov erməni ordusunun əsgərlərinə məxsus 1017 avtomat silahı döyüş gedən ərazilərdən toplayaraq, rəsmi sənədlərlə Azərbaycan ordusuna təhvil vermişdir. Bundan başqa, o, Qarabağ döyüşlərində 38 hərbi cinayətin üstünü açmışdır. “General Əli bəy” adı ilə tanınan bu məşhur qəhrəman döyüşçünün cəbhədə göstərdiyi misilsiz xidmətləri: “Müharibənin canlı ensiklopediyası”, “Erməni vandalizmi”, “Başsız meyit,” “Şahid şəhidlər haqqında,” “Qanlı köynəklər”, “Ölümlə üz-üzə”, “Sonsuz erməni vandalizminin iç üzü”, “Oğurlanmış tarixi soyqırım”, “Sağlamlığın sirri”, “Erməni terroru”, “Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası”, “Heydər Əliyevin həyatının hər anı bir məktəbdir” adlı kitablarda öz əksini tapmışdır. Onun böyük vətənpərvərlik fəaliyyətindən bəhs edən “Ruhumun harayı” və “Qarabağ çağırır bizi” sənədli filmlər respublikamızda və xarici ölkələrdə nümayiş olunur. Ə.Qasımov 1996-cı ildə ordu sıralarından tərxis olunub. O, xalqını, Vətənini, dövlətini, Prezidentini sevən əsl Vətən təəssübkeşidir. Belə bir vətənpərvər oğul Qarabağ müharibəsində erməni vəhşiliyinin qurbanı olmuş şəhidlərimizin döyüş meydanlarından çıxarılmasında misli görünməmiş işlər görmüşdür. Amma, düşünməmişdir ki, bu işlərdə ağır yoluxucu infeksiyaya yoluxa bilər. Ə.Qasımov Qarabağda çəkdiyi fotolardan ibarət İstanbul şəhərində 11 günlük sərgi keçirərkən onun xəstəliyi şiddətlənmiş və həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşmışdı. Vətənpərvər döyüşçü 19 ildir ki, Suraxanı rayonunda 267 saylı uşaq bağçasında ailəsi ilə birlikdə yaşayır. Hazırda ümummilli liderimizlə bağlı “Heydər Əliyevin həyatının hər anı bir məktəbdir” memuarı üzərində işləyir. O öz şəxsi vəsaiti hesabına 22 iyul 2013-cü ildə Nəsimi rayonu, 20 Yanvar küçəsi, 2/51, mənzil 18 A ünvanda 110 kvadratmetr yerdə “Erməni vandalizminin iç üzü” adlı daimi fotosərgi açıb. Siz hər zaman bu sərgiylə yaxından tanış ola bilərsiniz. Əlövsət Qasımov “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin təsisçisi və sədridir. O, 2014-cü ilin 23-26 fevral tarixlərində, Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Türkiyənin Van və İğdır şəhərlərində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində öz fotosərgiləri ilə türk xalqlarına Qarabağda ermənilərin törətdikləri vəhşilikləri ətraflı çatdırmışdır. Eyni zamanda, Van və İğdır şəhərlərində keçirilən tədbirlərdə Əlövsət Qasımovun çıxışları maraqla qarşılanmışdır. Onu da qeyd edək ki, 2007-ci ildə təsis edilmiş “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” İctimai Birliyi 2017-ci ilin iyun ayının 29-dan etibarən “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyi adı altında öz fəaliyyətini davam etdirir. Birliyin nəzdində Qarabağ müharibəsində şəhid olan və erməni işğalçılarının Xocalıda və Qarabağda törətdikləri vəhşiliklərdən bəhs edən fotoşəkillərdən ibarət Şəhidlər muzeyi yaradılmışdır. Muzeyin yaradılmasında əsas məqsəd Qarabağ həqiqətlərinin nəsildən-nəslə çatdırılmasını, erməni quldurlarının xalqımıza qarşı törətdikləri terroru, misli görünməmiş dəhşətli vəhşilikləri tariximizin yaddaşına əbədi həkk etməkdən ibarətdir. Muzeydə təşkil olunan sərgilərdə orta və ali məktəblərin şagird, tələbə heyətinin, sadə vətəndaşların, ictimai xadimlərin davamlı iştirak etməsi xalqımızın bütün təbəqələrinin ölməz Şəhidlərimizin ruhuna olan sonsuz hörmət və ehtiramın bariz göstəricisidir. Muzeyin yaradılması və fəaliyyəti gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında da mühüm rol oynayır. Vurğulayım ki, bu günə qədər Şəhidlər muzeyini millət vəkilləri, general və digər təbəqələrdən ibarət 27870 nəfər ziyarət etmişdir. Muzeyə olan maraq günügündən artmaqdadır. Ayrı-ayrı idarə və təşkilatların kollektivləri tez-tez muzeydə olur, şəhidlərimizin göstərdikləri qəhrəmanlıq, şücaətləri ilə bir daha yaxından tanış olur, onların ruhuna, göstərdikləri qəhrəmanlıqlara dərin hörmətlərini bildirirlər. Muzeydə təşkil olunmuş tədbirdə Xətai rayon Su-kanal İdarəsinin çoxlu sayda işçiləri də iştirak edirdi. Onlara muzey və onun fəaliyyəti, Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid oğullarımız barədə o döyüşlərdə iştirak etmiş və öz həyatını böyük təhlükə altında qoyaraq şücaətlər göstərmiş “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Əlövsət Qasımov geniş məlumat verdi. Onlar muzeydə şəhidlərin qəhrəmanlıq salnaməsini özündə əks etdirən stend-fotoşəkillərə baxdılar. Muzeylə tanışlıq onlarda böyük təəssürat yaratdı. 

Ramiz Məmmədov, 
akademik.

"Respublika" qəzeti, 10 avqust 2019