AZƏRBAYCANDA YÜNGÜL SƏNAYENİN ƏRAZİ TƏŞKİLİ PROBLEMLƏRİ


Baş redaktor: Ramiz Məmmədovu

kitabda Azərbaycanın təsərrüfat strukturunda yüngül sənayenin yeri, onun yerləşməsinin əsas prinsipləri, tarixi dövrlər ərzində yüngül sənayenin inkişafının əsas mərhələləri iqtisadi-coğrafi baxımdan araşdırılmış, eləcə də yüngül sənaye obyektlərinin ərazi təşkilinə kənd təsərrüfatının təsiri və sahənin aqrar sənaye kompleksində yeri öyrənilməklə, onun təbii və kimyəvi xammal bazası geniş təhlil edilmişdir. Bununla yanaşı, yüngül sənayenin müasir inkişaf xüsusiyyətləri və sahə strukturu, ərazi təşkilinin regional-coğrafi problemləri elmi-nəzəri və metodiki əsaslarla qiymətləndirilmişdir.

Kitab iqtisadi və sosial coğrafiya ixtisası üzrə təhsil alan ali məktəb tələbələri (bakalavr və magistr), bu sahədə tədqiqat aparan alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.