NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA MİQRASİYANIN DEMOQRAFİK PROSESLƏRƏ TƏSİRİNİN İQTİSADİ-COĞRAFİ PROBLEMLƏRİ


H.Tahirova

AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə nəşr olunmuş kitab əhali miqrasiyasının öyrənilməsinin əhəmiyyəti və nəzəri metodoloji əsasları, NMR-ın demoqrafik potensialı və onun əsas inkişaf meylləri, NMR-də müasir miqrasiya proseslərinin ərazi fərqləri və NMR-də miqrasiya siyasətinin əsas istiqamətləri başlıqları ilə 4 fəsildən ibarətdir.  Müəllif əsərində NMR-də demoqrafik proseslərin inkişaf xüsusiyyətlərini və bu prosesə təsir edən miqrasiyanın iqtisadi-coğrafi aspektlərini araşdırmış, daxili və xarici miqrasiya proseslərinin istiqamət və səbəblərini müəyyənləşdirmiş, bu sahədə yaranan problemlərin aradan qaldırılması və nizamlanması məqsədilə müvafiq təklif və tövsiyələr hazırlamışdır.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024