TƏBİİ FƏLAKƏTLƏRİN İQTİSADİ VƏ SOSİAL-COĞRAFİ ÖYRƏNİLMƏSİ


Babaxanov N.A., Paşayev N.Ə.

Təbii fəlakətlərin öyrənilməsinin əsas istiqamətləri, bəşəriyyətin təbii fəlakətlərə münasibətin təkamülü, onların tədqiqinin əsası və sosial aspektləri təbii fəlakətlərin iqtisadi və sosial coğrafi istiqamətdə öyrənilməsi üçün çox vacibdir. Məhz bu baxımdan təbii fəlakətlərin tədqiqində iqtisadi coğrafi metodlardan istifadə və ərazinin coğrafi qiymətləndirilməsi kimi problemlərin öyrənilməsinə kitabda ən ümdə məsələlərdən biri kimi xüsusi yer ayrılır. Azərbaycanda geniş yayılmış, böyük dağıntılara və iqtisadi zərərlərə, bəzən də insan tələfatına səbəb olan təbii fəlakətlər ayrı-ayrılıqda kitabda geniş xarakterizə edilərək, onların hər bir növünün baş verməsi səbəbləri, yayıldığı ərazilər, vurduğu zərərlər, dağıdıcı güclərinin zəiflədilməsi, respublikada istehsalın ərazi təşkilində nəzərə alınmasının vacibliyi ətraflı xarakterizə edilir.

Bakı: Elm, 2004, 198 s.