
Kitabda məskunlaşma vahidlərinin davamlı inkişafı və təsərrüfat sahələrinin fəaliyyətinin təmin edilməsi üçün Kür-Araz ovalığında baş verən təbii-dağıdıcı hadisələrin yayılma arealları və intensivliyi, onların baş vermə səbəbləri, təkrarlanması və dağıdıcı gücü, dəyən ziyanların azaldılması, qabaqlayıcı və mühafizə-müdafiə tədbirlərinin görülməsi haqqında məlumat verilir. Əsər iqtisadi coğrafiya ixtisası üzrə təhsil alan ali məktəb tələbələri və müəllim heyəti, bu sahədə tədqiqat aparan alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.