ALMANİYANIN COĞRAFİYASI


Paşayev N.Ə., Ağakişiyeva G.R

Avropanın sosial-iqtisadi inkişaf səviyyəsinə görə seçilən ölkəsinin - Almaniyanın coğrafiyasına həsr edilmiş bu kitab Azərbaycan dilində ilk dəfə təqdim olunan iri həcmli dərs vəsaitidir. Kitab – Almaniyanın coğrafi mənzərəsini əks etdirir. Avropa Şurasına bərabərhüquqlu üzv kimi daxil olan Azərbaycan Respublikasının Avropaya inteqrasiyası baxımından regionun ən inkişaf etmiş ölkələrindən birinin iqtisadi-coğrafi səciyyəsi böyük əhəmiyyət daşıyır. Dərs vəsaitindən coğrafiya, regionşünaslıq və beynəlxalq münasibətlər sahəsində ixtisaslaşan bakalavr və magistrlər, eləcə də geniş oxucu kütləsi istifadə edə bilər.

Bakı: Mütərcim, 2013, 160 s.