“Türk dünyası ərazisinin davamlı inkişafının geoekoloji qiymətləndirilməsi”

2025
Stara Tarixazər

AR Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun “Geomorfologiya və paleocoğrafiya” laboratoriyanın müdiri, coğrafiya elmləri doktoru, dosent Stara Tarixazərin “Türk dünyası ərazisinin davamlı inkişafının geoekoloji qiymətləndirilməsi” (2025) adlı monoqrafiyası nəşr edilib.

Kitab oxucularda türk dünyasının təbiəti haqqında təsəvvür formalaşdırır, müstəqil türk dövlətləri və qurulmalarının ərazilərində baş verən coğrafi proses və hadisələrin inkişaf səbəblərini və qanunauyğunluqlarını izah edir. Relyef, geoloji formalaşma tarixi, iqlim xüsusiyyətləri, hidrogeoloji xüsusiyyətlər, torpaq və bitki örtüyü, təbii landşaftlar və ətraf mühitin mühafizəsi ilə bağlı məlumatlar  monoqrafiyada öz əksini tapmışdır.

Monoqrafiya ali məktəb tələbələri, orta və ali məktəb müəllimləri, coğrafiyaçılar, mütəxəssis ekoloqlar və türk dünyasının coğrafiyası ilə maraqlanan hər bir kəs üçün nəzərdə tutulub.