Kiçik Qafqazın ekogeomorfoloji şəraitinin tədqiqi

2025
Samirə Abuşova

Monoqrafiya Kiçik Qafqazın (Azərbaycan sərhədləri daxilində) geomorfoloji quruluşuna, eləcə də relyefin statik-dinamiki amilləri əsas götürülərək ekogeomorfoloji şəraitinin tədqiqinə həsr olunmuşdur. Tədqiqat ərazisinin relyefinin morfometrik göstəriciləri (üfüqi və şaquli parçalanma, hipso-metriya, meyillik və baxarlılıq), litoloji-petroloji amilləri və dinamiki prosesləri öyrənilmiş və ekogeomorfoloji qiymətlən-dirmədə əsas amil kimi götürülmüşdür. Qeyd olunmuş amillər əsasında ərazinin ekogeomorfoloji rayonlaşdırılması aparılmışdır.

Monoqrafiya geomorfologiya, geologiya, landşaftşünaslıq ilə məşğul olan mütəxəssislər üçün, geomorfologiya ixtisası üzrə ali təhsil alan tələbələr (magistrlar və doktorantlar) üçün nəzərdə tutulmuşdur.