
2025
Kitabda meteoroloji və iqlim şəraitinin insanın praktiki fəaliyyətinə təsirindən və kənd təsərrüfatı, texnika, tikinti, nəqliyyat, aviasiya, səhiyyə, həmçinin insan fəaliyyətinin digər operativ məsələlərində iqlim və cari hidrometeoroloji məlumatların istifadə üsullarından bəhs edilir. Kitabda həmçinin meteoroloji müşahidə məlumatlarının təhlili əsasında tikinti və tibb müəssisələri üçün elmi cəhətdən əsaslandırılmış tövsiyələrin hazırlanma üsulları da verilib.
Dərs vəsaiti Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və müvafiq profil üzrə digər ali məktəblərin bakalavr və magistr təhsili alan tələbələri üçün nəzərdə tutulub.