1739878885.jpg)
2024
Rus dilində çap olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, g/m.e.d. Tələt Kəngərli, rəyçilər – c.e.d. M.Ə.Abduyev, c.e.d. professor İ.İ.Mərdanov, c.e.d. Y.N.Tağıyeva, BDU-nun baş müəllimi İ.F.Rakçeyeva-Aktoprakdır.
Dərs vəsaitində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, ərazisi, oroqrafiyası, geomorfoloji və geoloji strukturu, faydalı qazıntıları, iqlimi, hidrologiyası, torpaqları, flora və faunası ətraflı tədqiq edilib. Əsərdə ekzogen proseslərə, landşaftlara, Xəzər dənizinə, ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilib, ilk dəfə olaraq ölkə ərazisinin fiziki-coğrafi rayonlaşdırılması təqdim edilib. Vəsait çoxsaylı qrafik materiallarla zəngindir.
Dərs vəsaiti coğrafiya, geologiya, ekologiya sahəsinin tədqiqatçıları, tələbələri və geniş spektrli mütəxəssislər üçün nəzərdə tutulub.