2024
Müasir iqlim dəyişmələrinin öyrənilməsi mühüm elmi vəzifə kimi hər bir tədqiqatçının qarşıda durur. Bu istiqamətdə son zamanlar geniş elmi-tədqiqat işləri aparılır, bakalavr, magistr və doktorantlar dissertasiya işləri yazır. Bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi də nəzərdə tutulub. Bununla əlaqədar olaraq, məlumatları ümumiləşdirmək, baş verən iqlim dəyişmələrinin öyrənilməsinə töhfə vermək üçün 05-06 iyun 2024-cü ildə “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” adlı Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.