2024
Məşhur Azərbaycan səyyahı və coğrafiyaşünası H.Z.Şirvaninin uzun illər davam edən səyahəti zamanı apardığı yol qeydləri əsasında yazdığı “Səyahət bağları” əsərinin ikinci hissəsinə aid olan ikinci kitabda Türkiyə, Aralıq dənizi sahilləri, Ərəbistan, Oman və Yəmənə aid məlumatlar toplanmışdır. Kitabda həmin ərazilərin tarixi, coğrafiyası, əhalisi, adət-ənənələri, tarixi-mədəni abidələri, tarixi şəxsiyyətləri, onlarla apardığı söhbətlər haqqında zəngin məlumatlar verilir.
Kitabda xüsusən müəllifin özünün müşahidə etdiyi XIX əsrin əvvəlinə aid olan məlumatlar coğrafiyaşünaslar, tarixçilər, bu dövrdə baş verən hadisə və proseslərlə maraqlanan geniş oxucu kütləsi üçün maraqlı ola bilər.