Şərqi Zəngəzur oykonimlərinin coğrafiya, tarix və dilçilik baxımından tədqiqi

2022
Zakir Eminov, Natiq Babayev, Mahirə Abbasova

Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Şərqi Zəngəzur oykonimlərinin coğrafiya, tarix və dilçilik baxımından tədqiqi” adlı yeni nəşri çap edilib.

Kitabın müəllifi Coğrafi fikir tarixi və toponimika şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayev, baş redaktoru İnstitutun baş direktoru, c.e.d. Zakir Eminov, elmi redaktoru, adı çəkilən şöbənin aparıcı elmi işçisi, c.ü.f.d. Mahirə Abbasovadır.

Qarabağ və Şərqi Zəngəzurun azad olunmasına həsr olunmuş 5 fəsildən ibarət monoqrafiyada Şərqi Zəngəzurun tarixi ərazilərindəki yaşayış məntəqə adları araşdırılıb. Əsərin birinci fəslində Şərqi Zəngəzur oykonimlərinin öyrənilməsinin yaranma xüsusiyyətləri fundamental şəkildə şərh edilmiş, mənşəyi, nəzəri-metodiki əsasları önə çəkilmişdir. İkinci və üçüncü fəsillərdə xalq coğrafi terminlər, eləcə də qədim türk mənşəli terminlər vasitəsi ilə yaranmış oykonimlərin  araşdırılmasına üstünlük verilmişdir. Dörd və beşinci fəsillərdə  isə Şərqi Zəngəzur ərazisində xalqın daha qədim tarixi ilə bağlı olan tipinin - etnotoponimlərin hərtərəfli öyrənilmə sahəsində, xüsusilə oğuzların bu ərazilərin aborigen sakinləri olduğunu sübuta yetirən uğurlu tədqiqat işi aparılıbdır.

Kitab tədqiqatçılar, müəllim və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.