2022
AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudovun “Azərbaycanda regional iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr” adlı monoqrafiyası işıq üzü görüb.
Əsər 1995-ci ildən 2016-cı ilə kimi nəşr olunan illik “Xülasələrin davamını təşkil etməklə, son beş ildə respublikamızın ərazisinin hidrometeoroloji şəraitinin, iqlim dəyişmələrinin, baş verən təhlükəli hidrometeoroloji hadisələrin təhlilinə həsr olunub. Təhlillər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Xidmətinin məlumatları əsasında yerinə yetirilib.
Kitab alim və mütəxəssislərin, bakalavr, doktorant və magistrantların, müxtəlif elmi-tədqiqat, dissertasiya işlərinin yerinə yetirilməsində və s. praktik mənbə rolunu oynaya bilər.