“Şəhid kapitan Elnur Cəbrayılov”

2022
Emil Cəbrayılov

Kitab İkinci Qarabağ müharibəsinin şəhidi, nəşi düşmən tərəfindən gizlədilən və 3 aydan sonra aşkar edilən, müəllifin əmisi oğlu,  kapitan Elnur Cəbrayılova həsr edilib. Burada “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş kapitan E.Cəbrayılov haqqında onu tanıyanların xatirələri toplanıb, şəhidin qələmə aldığı şerləri yer alıb. Kitabda eyni zamanda işğaldan azad olunan şəhər, qəsəbə və kəndlərimiz, onların siyahısı, şəhidin tərcümeyi-halı və şəkilləri ilə də tanış olmaq mümkündür.