Məktəblinin ensiklopediyası

2016
Elmi redaktoru: Elbrus Əlizadə, c.ü.f.d., dos. Zaur İmrani, c.ü.f.d. Mətanət Musayeva və elmi işçi Zöhrə Məmmədova

Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin “Məktəblinin ensiklopediyası” kitabı çapdan çıxıb.

Regionların dayanıqlı və davamlı inkişafının təmin edilməsində təbii fəlakət hadisələrinin rolu, onların əhalinin həyat və təsərrüfat fəaliyyətinə təsiri mexanizmlərinin öyrənilməsi üçün yeni layihələr həyata keçirilir. “Məktəblinin ensiklopediyası”  kitabı daşqın, zəlzələ, güclü külək, soyuq və isti hava, qar və daş uçqunu, yanğın, partlayış, epidemiya və digər bu kimi hadisələrin qarşısının alınmasında təcrübə və bilik əldə edilməsi baxımından bu sahədə ilk olaraq, əhəmiyyət kəsb edir.

Kitabın hazırlanmasında AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları da yaxından iştirak etmişlər. Belə ki, kitabın elmi redaktoru İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA müxbir üzvü Elbrus Əlizadədir. Redaksiya heyətində isə Coğrafiya İnstitutunun əməkdaşları c.ü.f.d., dos. Zaur İmrani, c.ü.f.d. Mətanət Musayeva və elmi işçi Zöhrə Məmmədova olmuşlar.