Azərbaycanın tanınmış coğrafiyaçı-iqlimşünas alimləri

2020
Abil Haqverdiyev və Xəyyam Rəhimov

Şöbə müdirləri, coğrafiya üzrə fəlsəfə doktorları  Abil Haqverdiyev və Xəyyam Rəhimovun müəllifliyi ilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun yeni nəşri çap olunub.  “Azərbaycanın tanınmış coğrafiyaçı-iqlimşünas alimləri” adlanan monoqrafiyada Azərbaycanda coğrafiya elminin, o cümlədən iqlimşünaslıq elminin əsasını qoymuş görkəmli tədqiqatçı, professor V.İ.Fiqurovskinin, ölkəmizdə istilik balansının tədqiqatçısı və atlasın müəllifi, EA-nın müxbir üzvü Ə.M.Şıxlinckinin, Azərbaycanda meteoroloji-sinoptik proseslərin elmi-metodoloji əsasını qoymuş və onların genetik təsnifatını işləyib hazırlamış professor Ə.A.Mədətzadənin və kompleks iqlimşünaslığın və aqroiqlimşünaslığın inkişafında böyük xidmətləri olmuş  professor Ə.C.Əyyubovun həyat və yaradıcılıqları, elmi-metodoloji konsepsiyaları, fikir və ideyaları öz əksini tapıb.