2021
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə sabiq direktor müavini, Dövlət Mükafatı Laureatı, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənovun “Müasir iqlim dəyişmələrinin Azərbaycanda əkinçiliyin bəzi sahələrinə təsiri” monoqrafiyası Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə dərc edilən kitab mərhum müəllifin coğrafiya elmləri doktoru elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyası əsasında hazırlanıb. 416 səhifədən və 5 fəsildən ibarət olan əsər İqlim dəyişmələri və onun Azərbaycanda təsərrüfata təsiri, ölkəmizdə taxılçılığın vəziyyəti, taxıl bitkilərinin məhsuldarlığının formalaşmasının meteoroloji şəraiti, çay bitkisinin fenologiyası, inkişafının meteoroloji elementlərdən asılılığı və arid və semiarid ərazilərin iqlim ehtiyatlarından istifadə perspektivləri mövzularını əhatə edir. Kitab M.Həsənovun anadan olmasının 67-ci ildönümü münasibətilə çap edilib. Monoqrafiyanın təqdimat mərasimi avqustun 26-da – müəllifin doğum günündə keçiriləcək.