Azərbaycan Respublikası Coğrafi atlası

2020

Akademik Ramiz Məmmədovun elmi redaktorluğu,  Coğrafiya İnstitutu, eləcə də digər elmi müəssisələrin alim və mütəxəssislərinin  əməyi ilə ərsəyə gələn Atlas  Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  Geodeziya və Kartoqrafiya üzrə Dövlət  Agentliyi tərəfindən   nəşr olunub.

Elmi-məlumatlı kartoqrafik əsərdə ölkənin siyasi-inzibati quruluşu, tarixi, təbiəti, florası, faunası, iqtisadiyyatı, mədəniyyəti və turizmi haqqında məlumatlar verilmişdir.

Ümumi proqram üzrə vahid əsasda hazırlanmış xəritələrin sistemli məcmusundan və 18  bölmədən ibarət Atlas 260-dan çox müxtəlif məzmunlu və miqyaslı, respublika və regionlar üzrə xəritələri ehtiva edir. Hər bir bölmənin əvvəlində giriş mətni verilmiş, xəritələrin informativliyini yüksəltmək üçün cədvəl, qrafik və diaqramlardan istifadə olunmuşdur.

Əsər  elm, tədris təşkilatları və geniş əhali kütləsi üçün nəzərdə tutulmuşdur.