2017
Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, c.ü.f.d. Zabit Allahverdiyevin “Xəzər dənizinin çoxillik hidrometeoroloji dəyişkənliyi” adlı monoqrafiyasında müasir iqlim dəyişmələrinin Xəzər dənizinin hidrometeoroloji şəraitinə təsiri tədqiq edilmişdir. İqlim sisteminin təyini, onun müvəqqəti dəyişməsinin miqyası, mexanizmi, səbəbləri, gözlənilən dəyişiklikləri, adaptasiya və zəiflik məsələləri haqqında elmi bilgilər verilmişdir. Əsərdə 1961-2010-cu illəri əhatə edən dövrdə qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin hidrometeoroloji şəraitinə, əsasən də havasının temperaturuna, atmosfer yağıntılarının paylanmasına, səth sularında temperaturun və duzluluğun paylanmasına təsiri təhlil edilib.
Kitab hidrometeorologiya ixtisası üzrə təhsil alan bakalavr, magistr, doktorantlar və müvafiq ixtisaslı elmi işçilər üçün nəzərdə tutulmuşdur.