Avtomobil nəqliyyatının ərazi təşkili və yol tikintisində keyfiyyətə nəzarət

2018
Ş.H.Həsənov, K.Ə.Əliyev, Zaur İmrani, C.Ə.Camalov

Coğrafiya İnstitutunun yeni nəşri - "Avtomobil nəqliyyatının ərazi təşkili və yol tikintisində keyfiyyətə nəzarət" kitabı cap olunub.

Kitabın müəllifləri  Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani və digər coğrafiyaçılar - Ş.H.Həsənov, K.Ə.Əliyev, C.Ə.Camalovdur.  Əsər Cİ Elmi şurasının qərarı ilə çapa hazırlanıb.

Kitabda Azərbaycanın coğrafi mövqeyi, təbii şəraiti və relyef xüsu­siy­yətləri nəzərə alınmaqla beynəlxalq standartlara cavab verən yeni avtomobil yollarının layihələndirilməsi və yolların tikintisi zamanı keyfiyyətə nəzarət məsələləri araşdırılıb. Bununla yanaşı, qruntların təsnifatı aparılmış və laboratoriya sınaqları barədə geniş məlumatlar verilib.

Kitab iqtisadi və sosial coğrafiya, həmçinin avtomob yolları və inşaat materialları ixtisasları üzrə təhsil alan ali məktəb tələbələri (bakalavr və magistr), bu sahədə tədqiqat aparan alim və mütə­xəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.