2018
Kitabda 2018-ci il mayın 7-də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının, o cümlədən Coğrafiya İnstitutu alimlərinin iştirakı ilə birgə keçirilmiş konfransın materialları toplanıb. Konfrans Azərbaycan xalqının ümummilli lideri H.Ə.Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuşdur. Əsərlər toplusunda Azərbaycanda müstəqillik illərində həyata keçirilən torpaq islahatının nəticələri təhlil edilir, torpaqlardan istifadənin müasir vəziyyəti araşdırılır, ölkədə aparılan torpaqların elektron kadastr uçotu işinin nəticələri, torpaq idarəçiliyində istifadə istiqamətləri müəyyənləşdirilir, kənd təsərrüfatının ərazi təşkilində olan problemlərin aradan qaldırılmasının elmi əsasları göstərilir.
Kitabın baş redaktorları AR ƏMDK-nın sədri K.Ə.Həsənov və AMEA-nın prezidenti, akademik A.A.Əlizadə, elmi redaktoru Cİ-nin direktoru, akademik R.M.Məmmədov, buraxılışına məsullar Cİ-nin əməkdaşları - istiqamət rəhbəri, c.ü.e.d. Z.N.Eminov və direktor müavini, dosent M.S.Həsənovdur.