V Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçiriləcək 18.09.2018

11-13 oktyabr 2018-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində Ömər Halisdəmir Universiteti (Türkiyə), Kazak Dövlət Qızlar Pedaqoji Universiteti (Qazaxıstan), M. Akmulla Başqırd Dövlət Pedaqoji Üniversitesi (Rusiya) və Bakı Avrasiya Universitetinin (Azərbaycan) birgə təşkilatçılığı ilə V Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçiriləcək.

AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, coğrafiya üzrə fəlsəfə doktorları -  İnstitutun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov, şöbə müdiri Mirnuh İsmayılov “Türk dünyasının coğrafi məkanı və geopolitik vəziyyəti”,   c.ü.f.d., şöbə müdiri Zaur İmrani isə “Türk dövlətlərinin turizm potensialı və ondan istifadə yolları” mövzusunda məruzə ilə simpoziumda çıxış edəcəklər.

Simpozium çərçivəsində elmi məruzələrlə yanaşı, “Kökümüz Bir - Türkük” festivalı, sərgi və buna bənzər tədbirlərin keçirilməsi də nəzərdə tutulmuşdur.