“HƏRBİ KONFLİKTLƏRİN ƏTRAF MÜHİTƏ TƏSİRİ”
Beynəlxalq Konfrans
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Türkiyənin Ege Universiteti, Tbilisi Dövlət Universiteti yanında Qeyri-Üzvi Kimya və Elektrokimya İnstitutu, AR Fövqəladə hallar Nazirliyinin Akademiyası və Özbəkistanın Karşı Dövlət Universiteti, 2025-ci il sentyabrın 10-12 tarixlərində “HƏRBİ KONFLİKTLƏRİN ƏTRAF MÜHİTƏ TƏSİRİ” adlı Beynəlxalq Konfrans keçirəcəkdir. Elmi tədbirin məqsədi hərbi konfliktlərin ətraf mühitə destruktiv təsiri haqqmda bir çox ölkələrdə toplanmış informasiya və ətraf mühitin reabilitasiyası üzrə təcrübə mübadiləsi aparmaq və bu sahədə beynəlxalq əməkdaşlıq yaratmaqdan ibarətdir.
Konfransda konfliktlərin yaranması səbəbləri və məsuliyyəti haqqında siyasi müzakirələrə yol verilməyəcək, yalnız konfliktlərin ətraf mühitə təsiri müzakirə olunacaqdır,
Konfransın açıhş mərasimi və Plenar sessiya Bakı şəhərində , ikinci və üçüncü günləri işğaldan azad edilmiş şəhərlərdə təşkil olunacaq.
Konfransın əhatə etdiyi mövzular:
Seksiya 1. Müasir hərbi əməliyyatlarda istifadə olunan texnika və kimyəvi vasitələr Seksiya 2. Hərbi əməliyyatların fauna və floraya təsiri, yaranan meşə yanğınları və CO2 mübadiləsində onların rolu
Seksiya 3. Hərbi əməliyyatların sututarlarında və onların dib çöküntülərində yaratdığı risklər
Seksiya 4. Müharibə aparılmış ərazilərin ekoloji reabilitasiyası üçün beynəlxalq əməkdaşlığın yaradılması.
Seksiya 5, Qarabağ rayonlarına tematik tur
Konfransın dili- ingilis və Azərbaycan
Məruzə tezisləri nəşr olunacaqdır.
Tezislərin tərtibatı qaydalan: 1 səhifə A4 formatında İngilis dilində, yuxandan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1.5 sm məsafə buraxmaqla, Times New Roman- 12 pt, MS Word, sətirlərarası məsafə 1. Tezisin adı və müəllifləri- böyük hərflərlə bold-12 pt, Təşkilat-kiçik həıflərlə-bold, müəlliflərin E-mail ünvanları.
Təqdim etmə üçün son möhlət: 31 iyul 2025
Konfransın Web səhifəsi: http://www.conferencerpi25.az/
‘Tezislər birbaşa Konfransın Web səhifəsinə daxil edilə və ya elektron poçtla göndərilə bilər:
E-mail: office@conferencerpi25,az