Əl-Biruni Mükafatına namizədlərin qəbuluna başlanılıb 04.06.2025

Hörmətli həmkarlar, 

Xarici İşlər Nazirliyindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə daxil olmuş məlumata əsasən bildiririk ki, Süni İntellektin Etikası üzrə Elmi Tədqiqatlara dair UNESCO - Özbəkistan Əl-Biruni Mükafatına namizədlərin qəbulu başlanmışdır. 

Mükafatın əsas məqsədi süni intellekt və onun etik nəticələrinin anlaşılmasına mühüm töhfə vermiş şəxslərin, institutların, təşkilatların və digər qurumların fəaliyyətini dəyərləndirməkdən ibarətdir. Mükafata layiq görüləcək 3 qalibin hər birinə 30,000 ABŞ dolları məbləğində vəsaitin verilməsi planlaşdırılır. 

Müraciət ərizələrinin https://unesco.org/en/prizes/beruniy keçidi vasitəsilə onlayn formatda doldurulması nəzərdə tutulur. 

Tərəfinizdən namizəd(lər) olduğu təqdirdə qeydiyyat vərəqəsinin 2025-ci ilin 18 iyun tarixinədək müvafiq şəkildə doldurularaq, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin [email protected] email ünvanına təqdim olunması xahiş olunur. 

Əlaqələndirici şəxs: Afət Ələkbərova, EATDA Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi [email protected]; +9945991155 (7933).