Aprelin 30-da saat 11.00-da Coğrafiya İnstitutu Elmi şurasının növbəti iclası olacaq. İclasda doktorantların elmi mövzularının adları yenidən nəzərdən keçiriləcək, c.e.d. Starə Tarixazərin “Природно-географические условия тюркоязычных стран” kitabının çapa təqdim edilməsi, “Azərbaycan torpaq ehtiyatları coğrafiyası” şöbəsinin əməkdaşı Rauf Hüseynovun vəzifəsinin artırılması məsələləri müzakirə ediləcək və digər işlərə baxılacaq.