BDU-da torpaq islahatlarına dair konfrans olacaq 09.04.2025

AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ 

BAKI DÖVLƏT UNİVERSİTETİ 

EKOLOGİYA VƏ TORPAQŞÜNASLIQ FAKÜLTƏSİ  

2025-ci ilin 15 və 16 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə  həsr olunmuş “Konstitusiya və Suverenlik İli: Torpaq islahatının yeni mərhələsi və ekoloji problemlərin həlli” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir.  

Konfransın bölmələri:  

  1. Azərbaycanda torpaq islahatının yeni mərhələsi: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2. Torpaq islahatının elmi-nəzəri əsasları 
  2. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının müasir ekosistemi və təbii ehtiyatlarının səmərəli istifadəsi 4. Ətraf mühitin mühafizəsində ekokimyəvi tədqiqatlar 
  3. Ətraf mühitin mühafizəsində ekocoğrafi tədqiqatlar 
  4. Ətraf mühitin mühafizəsində bioekoloji tədqiqatlar 
  5. Azərbaycanın müasir ekosisteminin yaxşılaşdırılmasının həlli yolları  
  6. Torpaqların münbitliyi, aqroekoloji problemləri və səmərəli istifadənin istiqamətləri  
  7. Ağıllı kəndlər, Ağıllı şəhərlər və ətraf mühit  

Konfrans materiallarının hazırlanmasına qoyulan tələblər. 

Mətn Times New Roman, 12 şrift (pt) və 1 intervalla A5 (2 səhifədən çox olmamaqla) formatda yığılır; Boş yerlər: hər tərəfdən 1,5 sm məsafə; 

Şəkillərin adları aşağı mərkəzdə, cədvəllərin adları isə yuxarı sağ kənarda qeyd olunmalı; Ədəbiyyat siyahısı və xülasə olmamalı; 

Müəlliflərin adı və soyadı açıq şəkildə qeyd olunmaqla, məruzəçinin adının altından xətt çəkilməli, e-mail  ünvanı və mobil nömrəsi göstərilməli; 

Tezisin aid olduğu bölmənin adı qeyd olunmalı. 

Konfransın istiqamətinə, tərtibat qaydalarına uyğun olmayan və antiplagiat yoxlamasından keçməyən tezislər  qəbul edilməyəcəkdir. 

N Ü M U N Ə 

Antropogen-texnogen çirklənmə şəraitində  

bitən bitkilərin ekoloji xüsusiyyətləri 

Rahil Həsənov, Təranə Qurbanova 

Bakı Dövlət Universiteti 

e-mail ünvan, mobil telefon  

M Ə T N



Tələbata uyğun hazırlanmış tezislər 05 may 2025-ci il tarixinə kimi [email protected] ünvanına  göndərilməlidir. Əlaqə telefonu: (012) 538-62-26 

TƏŞKİLAT KOMİTƏSİ