İftixar Əyyubovun dissertasiya işi müzakirə olunacaq 25.02.2025

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 3.14 qeydiyyat nömrəli Birdəfəlik Dissertasiya Şurasının Elmi seminarında ETSN-in keçmiş Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun doktorantı İftixar Adil oğlu Əyyubovun  5406.01- Hidrologiya  ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  “Oğuz-Qəbələ zonasında səth və yeraltı suların qarşılıqlı təsirinin tədqiqi” mövzusunda dissertasiya işi müzakirə olunacaq.