"Regionların sosial-iqtisadi inkişafı və onun coğrafi problemləri” adlı elmi-praktiki konfransın keçiriləcək. 14.01.2025

                 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu (Azərbaycan)

Azərbaycan Coğrafiya Cəmiyyəti (Azərbaycan) Azərbaycan Turizm və Menecment Universiteti (Azərbaycan)

Qərbi Kaspi Universiteti (Azərbaycan)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı (Azərbaycan) Çanaqqala 18 mart Universiteti (Türkiyə)

Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti (Qazaxıstan) Coğrafiya və Su Təhlükəsizliyi İnstitutu (Qazaxıstan)

Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutu (Gürcüstan) Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyası (Rusiya) Dağıstan Dövlət Texniki Universiteti (Rusiya)

Qəmzətov adına Dağıstan Dövlət Pedaqoji Universiteti (Rusiya) Özbəkistan Milli Universiteti (Özbəkistan) 

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində qarşısına qoyduğu əsas və prioritet istiqamətlərdən biri iqtisadi sabitliyə və regional inkişafa nail olmaq olmuşdur. Demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı şəraitində ölkədə aparılan genişmiqyaslı islahatlar nəticəsində demək olar ki, bu istiqamətdə müəyyən müsbət göstəricilər əldə edilmişdir. Bu da sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investorlar üçün əlverişli mühitin yaradılmasına, qabaqcıl texnologiyaların əmək fəaliyyətinə cəlb edilməsinə, rəqabətə davamlı məhsulların istehsal gücünün artırılmasına, yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Lakin bu inkişaf özü ilə müəyyən coğrafi problemlərin: landşaftların transformasiyası, havanın çirklənməsi, torpaqların deqradasiyaya uyğraması, su resurslarının azalması, ekoloji risk zonalarının yaranması və s. yaranmasına gətirib çıxarmışdır. Bu baxımdan, təbii resurslardan səmərəli istifadəni və ətraf mühitin etibarlı mühafizəsini nəzərə alaraq Coğrafiya İnstitutu 18-19 mart 2025-ci ildə “Regionların sosial-iqtisadi inkişafı və onun coğrafi problemləri” adlı Beynəlxalq elmi-praktiki konfransın keçirilməsi nəzərdə tutulub.

Konfransın əsas bölmələri aşağıdakılardır:

  • landşaftlardan istifadənin müasir vəziyyəti;
  • iqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri;
  • torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri;
  • davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi;
  • təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları;
  • regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri;
  • regionlarda sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı;
  • demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri;
  • davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi;
  • regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri.

Qeyd: Məqalələr 10 mart 2025-ci ilə qədər qəbul edilir. Konfransın materialları rəydən keçdikdən sonra çap olunacaq. E-mail: [email protected]

Konfransın materialları müəllifin vəsaiti (40 manat) hesabına çapı olunacaq. 

MATERİALA OLAN TƏLƏBLƏR 

Mətnin formatı: Microsoft Word (doc, docx)

Səhifənin formatı: А4

Sahələr (yuxarı, aşağı, sol, sağ): 2 см Çap: Times New Roman, ölçü (şrift) 14 Sətirarası interval: 1

Məqalənin həcmi: 5-7 səh.

Mətnin orijinallığı: ən azı 70%  

MƏQALƏNİN TƏRTİB FORMASI

(nümunə):

 TITLE OF THE ARTICLE

Nazim P. Huseynov

PhD, Associate Professor

Baku State University, Azerbaijan

[email protected]

Abstract: min.100 words.

Key words: 5-7 words. 

MƏQALƏNİN ADI  

Nazim Paşa oğlu Hüseynov

filol.üzrə fəlsəfə doktoru, dosent

Bakı Dövlət Universiteti, Azərbaycan

[email protected]

 Xülasə: min.100 söz.

Açar sözlər: 5-7 söz.

Giriş

Təhlil və müzakirə. (Əhmədov, 2005: s. 78).

 

Nəticə.

İstifadə edilmiş ədəbiyyat

  1. Hüseynov, H. Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri. Bakı: Zəfər, 2021. 304 s.
  2. Гиркин, И.В. Новые подходы к организации учебного процесса с использованием современных компьютерных технологий. // Москва: Информационные технологии. 2022. № 6. с. 125-144.
  3. Williamson, J.G. Regional Inequality and the Process of National Development // Chicago: Economic Development and Cultural Change. 1965. No 13(4), p. 1-84. 

Məqalələrinizi – mövzu yerinə Ad və Soyadınızı yazıb [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

PDF