01 noyabr saat 11:00-da AR akademik H.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 3.14 birdəfəlik dissertasiya şurasının elmi seminarında Quliyev Mirmahmud Ramiz oğlunun 5404.01 - "Regional coğrafiya" ixtisası üzrə “Böyük Qafqazın şimal-şərq yamacı geokomplekslərinin ekoloji potensialından landşaft planlaşdırılması əsasında istifadənin təşkili (Qudyalçay-Samurçay arası timsalında)” mövzusundakı dissertasiya işinin müzakirəsi keçiriləcək.