5-6 noyabr 2024-cü il tarixlərində Qərbi Kaspi Universitetinin ev sahibliyi etdiyi, AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun da həmtəşkilatçılığı ilə “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” adlı 2-ci Beynəlxalq Konfrans keçiriləcək.
25 ölkədən qatılacaq 100-dək xarici qonağa ev sahibliyi edəcək konfransın məqsədi dünya səviyyəsində dağlıq ərazilərlə bağlı müxtəlif problemlərin həll yollarını müzakirə etmək, yaradıcı alimləri, turizm mütəxəssislərini və bu məsələlərə marağı olan hər kəsi bir araya gətirməkdir.