Tacikistanda “Su Dayanıqlı İnkişaf üçün 2018-2028-ci illər” konfrans keçiriləcək 06.05.2024

10-13 iyun 2024-cü il tarixlərində Tacikistan Respublikasının Düşənbə şəhərində “Su Dayanıqlı İnkişaf üçün 2018-2028-ci illər” Beynəlxalq Fəaliyyət Onilliyinə dair Üçüncü Yüksək Səviyyəli Beynəlxalq Konfrans keçiriləcək.

Üçüncü Düşənbə Su Fəaliyyəti Onillik Konfransının əsas məqsədi ümumi səyləri daha da artırmaq və BMT-nin Su Konfransının Su Fəaliyyəti Gündəliyində qeydə alınmış könüllü öhdəliklərin həyata keçirilməsini dəstəkləmək, həmçinin yeni tərəfdaşlıqları stimullaşdırmaq və məqsədlərə nail olmaq üçün hərəkətləri sürətləndirməkdir.

Daha ətraflı: https://conf2024.dushanbewaterprocess.org/registration-en/