02 fevral saat 11:00-da Coğrafiya İnstitutu Landşaftşünaslıq və landşaft planlaşdırılması, Geomorfologiya və təbii risklər və Paleocoğrafiya şöbələrinin birləşmiş birgə iclasında "Geomorfologiya və təbii risklər" şöbəsinin elmi işçisi Gülsarə Əsgər qızı İmanovanın 5408.01 “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisası üzrə coğrafiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Ləngəbiz və ətraf ərazilərin landşaft-ekoloji potensialı və onların optimallaşdırılması” mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçiriləcək.