08 fevral saat 11:00-da AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın siyasi və iqtisadi coğrafiyası, Demoqrafiya və əhali coğrafiyası, Turizm və rekreasiya coğrafiyası və Tibbi coğrafiya şöbələrinin birləşmiş birgə iclasında Nofəl Bünyami oğlu Ərtünov 5402.01- Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Şəki rayonunun ərazi planlaşdırılmasının turizm təsərrüfatının inkişafına təsiri” mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçiriləcək.