“Ilham Əliyevin Gürcüstan siyasəti:..” kitabının təqdimatı keçiriləcək 28.08.2023

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda   Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” adlı kitabının təqdimatı olacaq.

Kitabın müəllifləri İnstitutun böyük elmi işçisi, c.ü.f.d Natavan Cəfərova və  elmi işçi Kamran Ramazanlı, məsləhətçiləri baş direktor, c.e.d. Zakir Eminov və f.e.d. Füzuli Qurbanovdur.

Tədbir sentyabrın 6-da  saat 11.00-da, AMEA-nın əsas binasında (8-ci mərtəbə, 812-ci otaq) keçiriləcək.

KİV nümayəndələri, eləcə də arzu edənlər tədbirə dəvətlidirlər.