AMEA əməkdaşları üçün ödənişsiz göz müayinəsi keçiriləcək 05.04.2023

7 aprel saat 10:00-dan 17:00-dək AMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının tibb məntəqəsində Akademiya əməkdaşlarının ödənişsiz göz müayinəsi həyata keçiriləcək. 

Göz müayinəsi görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi çərçivəsində baş tutacaq. 

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 115

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024