Xəzər Universitetində III Beynəlxalq Vahid Sağlamlıq Konfransı keçiriləcək 04.04.2023

l-2 iyun 2023-cü il tarixində Xəzər Universitetində ''Vahid sağlamlıq: problemlər və həllər" mövzusunda III Beynəlxalq vahid sağlamlıq konfransı keçiriləcək.

Konfransın əsas məqsədi insan, heyvan və bitki daxil olmaqla qida və ətraf mühitin ən yaxşı səviyyədə sağlamlığına nail olmaq üçün yeni Vahid Sağlamlıq tədbirləri, xəstəliklərin idarə edilməsi və qarşısının alınması strategiyaları, Azərbaycanda Vahid Sağlamlıq potensialının gücləndirilməsi və inkişafı üzrə təqdimatlar və müzakirələr etmək, gənc tədqiqatçılar və mütəxəssislər arasında regional və qlobal səviyyədə gələcək əməkdaşlığı inkişaf etdirmək üçün yeni əlaqələrin qurulmasını təşviq etməkdir.

Maraqlananlar bu ünvanlar vasitəsilə əlaqə saxlaya bilərlər:  www.one.health.az,  contact@one.health.az

 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024