Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Turkiyənin Mersin Universitetinin təşkilatçılığı ilə birgə 6-cı "Coğrafi informasiya vasitələri və məsafədən zondlama" Beynəlxalq geoinformatika günləri (İGD) keçiriləcək.
Qitələrarası geoinformatika günlərinin (İGD) keçirilməsinin əsas məqsədi elmi dairələr, sənaye və dövlət müəssisələrindən olan tədqiqatçı və mütəxəssislərin bir araya gəlməsi, geoniformatika sahəsində vacib məsələlərin həllinə yönəlmiş problemlərin müasir vəziyyətinin öyrənilməsi və müzakirəsidir.
Coğrafiya İnstitutunda tədbirin keçirilməsi 13-14 iyun 2023-cü il tarixinə nəzərdə tutulur. Konfransın təşkilatçı katibi İnstitutun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovdur.
Texniki onlayn-sessiya və seminarlardan ibarət iki günlük konfrans torpaq resurslarının idarə edilməsi, məsafədən zondlama, kartoqrafiya, CİS, geodeziya və s. sahələrdə onlarla təqdimatı özündə birləşdirir.
Konfransın dəyişilməyən mövzuları və digər məlumatlarla verilən link vasitəsilə tanış olmaq olar: https://igd.mersin.edu.tr/