2023-cü il 18 yanvar tarixində saat 11:00-da İnstitutun konfrans zalında Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının növbəti iclası keçiriləcək.
İclasın gündəliyində cari və müxtəlif məsələlər olmaqla, İnstitutunun 2023-cü il üçün elmi-tədqiqat işlərinin, 2023-cü ildə keçiriləcək konfransların, Heydər Əliyev ili ilə bağlı tədbirlər planının müzakirəsi keçiriləcəkdir.