Elmi Seminarın cari ildə ilk iclası keçiriləcək 09.01.2023

11 yanvar 2023-cü il tarixində saat 11:00-da Elm və Təhsil Nazirliyinin ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun cari ildə ilk Elmi Seminarı İnstitutun konfrans zalında keçiriləcəkdir. İclasın gündəliyində  Andrea Trucchia cənablarının (İtaliyanın Ətraf Mühitin  onitoringi
Mərkəzinin (CİMA) təmsilçisi, Erkən Xəbərdarlıq Sistemləri üzrə mütəxəssis) “Avropa İttifaqının təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri üzrə Şərq proqramının 3-cü faza çərçivəsində meşə yanğınlarının təhlükəsinin proqnozlaşdırılması modelləri RİSİCO və EFFİS kimi Erkən Xəbərdarlıq Sistemləri” haqqında məruzəsi dinləniləcəkdir.