Geoməkan məlumatları mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir. 03.11.2022

Bakı Dövlət Universiteti və Azərkosmos ASC-nin birgə təşkilatçılığı ilə 2022-ci il 6-7 dekabr tarixlərində Coğrafiya fakultəsinin Geodeziya və kartoqrafiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş «XXI əsr: Geoməkan məlumatları və kosmik informasiya infrastrukturu. İnnovasiyalar, səmərəli istifadə yolları» mövzusunda elmi-praktik konfrans keçirəcəkdir.  Konfransa məqalə təqdim etmək istəyənlər aşağıdakı ünvanlarla əlaqə saxlaya bilərlər. 

Azərbaycan Respublikası, AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 23. Bakı Dövlət Universiteti, Əsas bina, IV mərtəbə, Coğrafiya fakültəsi, otaq № 415,

Əlaqə:

Mehbalıyev Mehman, Verpatova İrina, Həsənzadə Günel.

Telefon: (+99412)  438-01-70 kafedra; (+99450) 521-58-39; (+99455)-332-96-32

Fax:       (+99412) 598-33-76

E-mail:  [email protected]

              [email protected];

              [email protected].

              http://www.bsu.edu.az