2022-ci il 26 oktyabr tarixində saat 11:00-da İnstitutun konfrans zalında AMEA Coğrafiya İnstitutu Elmi Şurasının növbəti iclası keçiriləcək. İclasın gündəliyində cari və müxtəlif məsələlər olmaqla, keçən iclasda yeni qəbul olunmuş magistrantların dissertasiya mövzularının və rəhbərlərinin təsdiqi, konfranslara hazırlıq, Şuşanın coğrafiyasına həsr olunan monoqrafiyanın hazırlıq vəziyyəti və digər məsələlər yer alacaqdır.