Qarabağin təbii-təsərrüfat sistemlərinə dair konfrans keçiriləcək 25.04.2022

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda  aprelin 26-da saat 10.00-da “Qarabağ - Şərqi Zəngəzur regionlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

Tədbiri keçirməkdə əsas məqsəd həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının təsərrüfata cəlb edilməsidir.

Ünvan: H.Cavid pr.115 (AMEA-nın Əsas binası, 2-ci mərtəbə, akt zalı)