Mərhum dosent M.Həsənovun kitabının təqdimatı olacaq 23.08.2021

Avqustun 26-da saat 11:00-da  AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmi işlər üzrə sabiq direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənovun müəllifi olduğu “Müasir iqlim dəyişmələrinin Azərbaycanda əkinçiliyin bəzi sahələrinə təsiri” kitabının təqdimat mərasimi keçiriləcək.

Tədbir alimin anadan olmasının 67-ci ildönümünə həsr olunur.

İştirak etmək istəyənlər tədbirə qoşula bilərlər.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024