Doktorant və dissertantların nəzərinə! 08.06.2021

Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyənlər üçün  xarici dildən (ingilis, alman, fransız dilləri) imtahanlar keçirilir. İmtahanlarda iştirak etmək istəyənlər  Dövlət İmtahan Mərkəzinin internet saytında “Şəxsi kabinet” yaradaraq, iyulun 7-dən 13-dək qeydiyyatdan keçməlidirlər.

İmtahanlar 2021-ci il iyunun 20-dən etibarən keçiriləcək.

İxtisas üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün imtahan vermək istəyən doktorant və dissertantlar təcili olaraq İnstitutun Təhsil şöbəsinə müraciət etməlidirlər.