“Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin təqdimatı keçiriləcək 29.04.2021

30 aprel saat 11.30-da zum vasitəsilə “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin təqdimatı keçiriləcək.

Tədbirin təşkilatçıları AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Milli Məclisin Mədəniyyət Komitəsi, Azərbaycanda Atatürk Mərkəzi, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Coğrafiya Cəmiyyətidir.

Konfransın aparıcısı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalıdır.

Tədbirdə AMEA Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov, MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Beynəlxalq Türk Akademiyasının Prezidenti akademik Darxan Kıdırali, AMEA Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə, Millət vəkili, Ədəbiyyat İnstitutunun direktoru, akademik  İsa Həbibəyli, Millət vəkili, Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, “EkoAvrasiya" (Avrasiya Ekonomik İlişkilər D.) başqanı (Türkiyə) Hikmət Ərən, AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, ACC-nin elmi katibi, c.ü.f.d.  Mirnuh İsmayılov çıxış edəcəklər. 

 

Konfransa qoşulnmaq üçün: 

Join Zoom Meeting
https://us02web.zoom.us/j/3033391841?pwd=YVJUcW01dVJtZzJRemFRKy80aVFjZz09

Meeting ID: 303 339 1841
Passcode: 112233


 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2021